AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Cu2SnS3-Cu2SnSe3 sisteminin faza diaqramının termodinamik modelləşdirilməsi” adlı elmi məqaləsi İsveçrənin “Springer Nature Switzerland” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” (AISC ) jurnalında dərc olunub.
Məqalə qeyri-səlis məntiq nəzəriyyəsi əsasında perspektiv topoloji materialların termodinamiki stabillik şəraitinin müəyyən edilməsi, müasir elektrotexnika üçün perspektiv materialların sintezinin fiziki-kimyəvi əsaslarının işlənməsini əhatə edir. Bundan əlavə, məqalədə materialşünaslığın ən müasir problemləri tədqiq olunub.
Qeyd edək ki, sözügedən nəşr “Web of Science” kimi nüfuzlu bazada indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.