www.science.az
05.11.2014 00:00

AMEA prezidenti Təcrübə-Sənaye Zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olub

AMEA Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb. AMEA prezidenti, akademik Akif Əlizadə görülən işlərlə yaxından tanış olub. Bildirilib ki, zavodun inzibati binası və sexlərdə aparılan əsaslı təmir-tikinti işləri bu ilin iyun ayından başlayıb.

AMEA rəhbərinə zavodun inzibati binasında yaradılmış yeməkxana zalı haqqında da məlumat verilib. Qeyd olunub ki, eyni vaxtda yüz nəfərin istifadə edə biləcəyi yeməkxana zalı lazımı avadanlıqlarla təchiz olunub, zavod əməkdaşlarının sağlam qidalanması üçün hər cür şərait yaradılıb.

Sonra akademik A.Əlizadə akademiyanın brendi olan “Solidol”, “Niqrol” sürtgü yağları və digər məhsulların istehsal və qablaşdırma prosesi ilə tanış olub. Stendlərdə nümayiş olunan məhsullar haqında danışan akademik A.Əlizadə bu məhsulların elmimiz üçün mühüm nailiyyət olduğunu vurğulayıb.

Görülən işləri yüksək qiymətləndirən AMEA rəhbəri öz təklif və tövsiyyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.