Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda dərc olunub
15.05.2020 15:34
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin məqaləsi impakt faktoru 11.880 olan “Nature communications” jurnalında çap edilib.

“Fotosistem I-də xlorofill f-in (Clf) adaptasiyası və fəaliyyətinin struktur əsasları” adlanan məqalədə krioelektron mikroskopiya metodu ilə yüksək ayırıcılıqla fotosistem 1-in quruluş analizinin nəticələri əksini tapıb. Məqalədə bildirilir ki, Clf uzaq qırmızı işığın toplanmasında iştirak edərək enerjinin ötürülməsini gücləndirir və genlərdə nukleotid ardıcıllığında baş verən dəyişikliklər Clf-in birləşməsi üçün əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: