Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
05.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

AMEA və Qafqaz Müəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

Bildirilib ki, 2015-ci il aprelin 15-dən 17-ə qədər davam edəcək konfrans Azərbaycan mədəniyyətinin tarixi keçmişi və bu günü, həmçinin xalqımızın milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsi olan İslam dininə böyük bir tövhə olmalıdır.

Qeyd olunub ki, İslam dini dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin də mühüm istiqamətlərindən biridir. Həmçinin, İslam dininin tolerant yanaşmalarının nəticəsində ölkəmizdə müxtәlif millәtlәr vә dinlәrin sülh şәraitindә birgә yaşadığı vurğulanıb. Bildirilib ki, hazırkı mәrhәlәdә ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, həmçinin ölkәdә bәrqәrar edilmiş milli vә dini tolerantlıq mühitinin qorunması vә inkişafı dövlәt qarşısında duran başlıca vәzifәlәrdәndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: