Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Alimlərimizin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
18.05.2020 11:03
  • A-
  • A
  • A+

Alimlərimizin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, həmin müəssisənin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Tahir Hacıyev və dissertant Könül Süleymanovanın I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çapdan çıxıb.

Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Studia Scientiarum Mathematicarum Hungarica” yüksək impakt faktorlu jurnalında dərc edilib.

“Müntəzəm elliptik tənliklər üçün ümumiləşmiş çəkili Morri fəzalarında Dirixle məsələsi" adlı məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında verilmiş harmonik analizin mühüm operatorları olan Hardi-Litlvud və Kalderon-Ziqmund sinqulyar inteqral operatorlar üçün çəki A(p) Makenhoupt sinfindən olduqda ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında məhdudluq məsələləri araşdırılıb. Nəticədə ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında olan yüksək tərtib müntəzəm elliptik tənliklərin zəif həlli üçün məhdud hamar oblastında aprior qiymətləndirmələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: