www.science.az
18.05.2020 10:41

Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının onlayn konfransı təşkil edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin iştirakı ilə onlayn konfrans keçirilib.

Konfransda muzeyin 100 illiyi münasibətilə bir sıra onlayn silsilə tədbirlərin keçirilməsi barədə müzakirələr aparılıb, Azərbaycan mədəniyyəti ilə bağlı təbliğat xarakterli tədbirlərin təşkilinə dair qərar qəbul edilib.

Şura sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova bu kimi silsilə onlayn tədbirlərin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylər, müxtəlif folklor, mədəniyyət evləri ilə birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov muzeyin xarici əlaqələrinin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib. 

Sonda muzeyin gələcək fəaliyyəti istiqamətində şura üzvləri təklif və tövsiyələrini veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.