www.science.az
05.11.2014 00:00

Azərbaycanda Təbiət Tarixi Muzeyi yaradılacaq

AMEA Rəyasət Heyəti Azərbaycanda geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyi yaradılması barədə qərar qəbul edib.

Qərar ölkə Prezidenti İlham Əliyevin 20 oktyabr 2014-cü il tarixli müvafiq Fərmanının icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə qəbul olunub.

AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatova tapşırılıb ki, “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nı nəzərə almaqla, akademiyanın nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu, eləcə də bu muzeyin fəaliyyətə başlaması üçün zəruri tədbirlər haqqında təklifləri hazırlayıb Yer Elmləri Bölməsinə təqdim etsin.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.