Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qobustan rayonunda Antik dövrə aid saxsı qablar aşkarlanıb
18.05.2020 11:47
  • A-
  • A
  • A+

Qobustan rayonunda Antik dövrə aid saxsı qablar aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna (AEİ) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

İnstitut rəhbərliyinin göstərişi ilə AEİ-nin şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri, t.ü.f.d. Akif Quliyev rayona ezam edilib və Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirib.

Tədqiqatlar zamanı müəyyən edilib ki, ərazidə Antik dövrə aid nekropol mövcud olub. Akif Quliyev bildirib ki, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub və ümumilikdə nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıbAbidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmadığından tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.

Nəticədə ərazidə bütün tikinti dayandırılıb və arxeoloji araşdırmalardan sonra işlərin davam etdirilməsi qərarlaşdırılıb. Əldə olunmuş razılığa əsasən, tezliklə ərazidə kəşfiyyat işlərinə başlanılacaq, abidənin sərhədləri müəyyənləşdiriləcək və Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: