Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.05.2020 15:23
  • A-
  • A
  • A+

Muzeydə karantin rejiminin qaydalarına əməl olunmaqla “Açıq qapı” günü keçirilib

Muzeydə karantin rejiminin qaydalarına əməl olunmaqla “Açıq qapı” günü keçirilib

Mayın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Beynəlxalq Muzeylər Günü münasibətilə karantin rejiminin qaydalarına əməl olunmaqla “Açıq qapı” günü keçirilib.

Gün ərzində rayonun idarə və təşkilatlarından, mədəni-maarif müəsisələrindən xeyli sayda ziyarətçi muzeyin fəaliyyəti, sərgi və ekspozisiyaları ilə tanış olub. Muzeyin əməkdaşları tamaşaçılara klassik ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

Ziyarətçilər muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyət həyatında mühüm rolunu insanlara çatdırmaqdır. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: