Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İşğal olunmuş rayonlarımızın tarixi-etnoqrafik tədqiqinə həsr edilən kitab işıq üzü görüb
19.05.2020 11:15
  • A-
  • A
  • A+

İşğal olunmuş rayonlarımızın tarixi-etnoqrafik tədqiqinə həsr edilən kitab işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Məhərrəmovanın “XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi” monoqrafiyası çapdan çıxıb.

Nəşrin elmi redaktoru akademik Teymur Bünyadov, rəyçiləri professor Qəzənfər Paşayev və dosent Tofiq Babayevdir.

Vəsait XIX əsr və XX əsrin əvvəllərində Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının tərkibində olmuş Kiçik Qafqazın Cənub-Şərq bölgəsinin - hazırda Ermənistan tərəfindən işğala məruz qalan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının tarixi-etnoqrafik tədqiqinə həsr edilib.

Altı fəsildən ibarət kitabda çoxsaylı arxiv materialları, tarixi mənbələr, işğal nəticəsində Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış insanların məlumatları və müəllifin şəxsi müşahidələri əsasında sözügedən rayonların maddi-mənəvi mədəniyyəti, geyim və bəzək əşyaları, sənətkarlığı, xalq mərasim ayinləri və s. hərtərəfli araşdırılıb.

Monoqrafiya tarix, etnoqrafiya, sənətşünaslıq, folklorşünaslıq, şifahi xalq yaradıcılığı və sosial antropologiyanın digər sahələri üzrə mütəxəssislər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: