Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2020 12:57
  • A-
  • A
  • A+

Nizami Muzeyinin gənc alim və mütəxəssisləri tərəfindən videokonfrans təşkil edilib

Nizami Muzeyinin gənc alim və mütəxəssisləri tərəfindən videokonfrans təşkil edilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi, eləcə də Beynəlxalq Muzeylər Günü münasibətilə Gənc Alim və Mütəxəsssislər Şurası (GAMŞ) tərəfindən “Muzey mədəniyyətimizin və ədəbiyyatımızın təbliğatçısıdır” mövzusunda videokonfrans təşkil edilib.

Onlayn tədbirdə şuranın katibi, b.ü.f.d. Ulduzə Mehvaliyeva, muzeyin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, fil.ü.f.d. Nəzmiyyə Yiğitoğlu, muzeyin GAMŞ-ın sədri Dilbər Hüseynova və şuranın digər üzvləri iştirak ediblər.

Videokonfransda muzeyin Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva “Ədəbiyyatın tədrisində və tanıdılmasında muzeylərin rolu”, kiçik elmi işçi, GAMŞ-ın sədr müavini Gülsəba Həsənova “Nizami Muzeyi – mədəni irsin qorunduğu sərvətlər xəzinəsi” və doktorant Fatimə Süleymanova “Beynəlxalq Muzeylər Günü Nizami Muzeyinin virtual ekspozisiyasında” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlarda Beynəlxalq Muzeylər Gününün yaranma tarixi və məqsədi, Azərbaycanda bu günün qeyd olunma formaları, COVID-19 səbəbi ilə Nizami Muzeyinin ekspozisiyasının virtual nümayişi, muzeyin tarixi, memarlıq xüsusiyyətləri, fondları və onun şöbələri haqqında məlumat verilib. Həmçinin muzeylərin tədrisdə rolu qeyd olunub, onların ədəbiyyatın öyrənilməsində əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: