Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait nəşr olunub
20.05.2020 11:25
  • A-
  • A
  • A+

“Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait nəşr olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, professor Firədun İbrahimov və mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanovun həmmüəllifi olduqları “Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait işıq üzü görüb. 

Bakalavirat təhsil pilləsi üçün nəzərdə tutulmuş metodik vəsait Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-Metodiki Şurasının qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov, rəyçiləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və riyaziyyat üzrə fəlsəfə doktoru Aysel İmanovadır.

Dərs vəsaiti “Riyaziyyat müəllimliyi” ixtisası üzrə pedaqoji kadrların hzırlanması prosesinə metodik dəstək göstərilməsi məqsədilə hazırlanıb. Vəsaitdə məktəb riyaziyyatı fənn kurikulumunun məzmununa, xarakterik cəhətlərinə və ehtimal nəzəriyyəsi elementlərini ehtiva edən məzmun xəttinə diqqət yönəldilib, ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyasının şərhi verilib.

Metodik vəsaitdən ali pedaqoji müəssisələrin tələbələri, ümumtəhsil məktəblərinin müəllimləri faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: