www.science.az
06.11.2014 00:00

AMEA Aşqarlar Kimyası İnstitutuna yeni təyinatlar olub

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə kimya üzrə elmlər doktoru Mirzə Mövsümzadə təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qəbul olunub.

Digər bir qərarla kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova qurumun elmi katibi vəzifəsinə təyin olunub.

İclasda, həmçinin Aşqarlar Kimyası İnstitutunun strukturunda bəzi dəyişikliklərin edilməsi haqqında qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.