Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda ustad dərsi keçiriləcək
29.05.2020 16:22
  • A-
  • A
  • A+

“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusunda ustad dərsi keçiriləcək

İyunun 1-də saat 15:00-da Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin tələbələri üçün onlayn ustad dərsi keçəcək.

“Microsoft Teams” platforması üzərindən baş tutacaq dərs “Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidlər və reallıq” mövzusuna həsr olunub.

Virtual ustad dərsində iştirak etmək istəyən şəxslər mayın 31-i saat 17:00-dək sabinaomarova1@gmail.com və ya fatali_h@mail.ru email ünvanlarına müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: