Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutunun nəşrləri beynəlxalq platformada təbliğ olunur
02.06.2020 12:29
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşrləri beynəlxalq platformada təbliğ olunur

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşının son illərdə nəşr olunmuş kitabları haqqında məlumat “Yaxşı mütaliə” (Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına daxil edilib.

Beləliklə, institutun Çap kitablarının tədqiqi şöbəsi tərəfindən 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin I mərhələsinə yekun vurulub. Bu mərhələdə 23 alim-mütəxəssisin 86 kitabı barədə məlumat beynəlxalq ictimaiyyətə təqdim olunub.

Cari ilin sonunadək həyata keçiriləcək II mərhələdə müəssisənin digər əməkdaşlarının da nəşrləri beynəlxalq reyestrə daxil ediləcək. III mərhələdə Əlyazmalar İnstitutunun əvvəlki illərdə nəşr etdirdiyi 800-ə yaxın əsər “Yaxşı mütaliə” vasitəsilə təbliğ olunacaq. IV mərhələdə isə yeni nəşrlərin mütəmadi şəkildə beynəlxalq reyestrə daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platforması ABŞ Konqres Kitabxanası ilə “Amazon” şirkətinin birgə yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 90 milyon istifadəçisi var. Portalda dünyanın müxtəlif yerlərindən yüz minlərlə müəllifin 2,6 milyon kitabı əks olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: