Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2020 15:35
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

Polimer Materialları İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunda təhsil alan magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

Pandemiya şəraitinə uyğun olaraq sosial məsafə gözlənilməklə keçirilən iclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, elmi işlər üzrə direktor müavini, k.e.d. Kazım Quliyev, Təhsil şöbəsinin müdiri k.ü.f.d., dosent Almaz Çələbiyeva, elmi katib, k.ü.f.d., dosent Solmaz Rzayeva, magistrantların elmi rəhbərləri və laboratoriya müdirləri iştirak ediblər.

Tədbirdə 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “Kompozisiya materialları kimyası” və “Yüksək molekullu birləşmələr” ixtisasları üzrə II kursda təhsil alan magistrantlar Sevil Şərbətli və Röyal Quliyevin dissertasiyaları müzakirə olunub.

Magistrantlar dissertasiya işləri haqqında təqdimatla çıxış edərək aparılan tədqiqatlar, əldə edilən nəticələr barədə ətraflı məlumat veriblər. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.

Bəxtiyar Məmmədov gənc tədqiqatçıların elmi-tədqiqat laboratoriyalarında əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliyini bildirib, onlara tövsiyələr verib.

Sonda hər iki magistrantın dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: