Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların dissertasiya işləri müzakirə olunub
03.06.2020 16:29
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda magistrantların dissertasiya işləri müzakirə olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Nanomateriallar kimyası”, “Neft kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin onlayn rejimdə ilkin müzakirəsi keçirilib.

Müzakirələrdə institutun direktoru, akademik Vaqif Abbasov və elmi rəhbərlər, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak ediblər.

Tədbir zamanı magistrantların məruzələri dinlənilib, suallar cavablandırılıb və buraxılış işlərinin əsas müdafiəyə təqdim olunması qərarlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: