Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaponiyada kosmosun tullantılardan təmizlənməsi üçün peyk hazırlanır
09.06.2020 15:20
  • A-
  • A
  • A+

Yaponiyada kosmosun tullantılardan təmizlənməsi üçün peyk hazırlanır

Yaponiyanın “JAXA” Aerokosmik Agentliyi kosmik tullantıları lazerlə məhv edə biləcək yeni peyk hazırlayır.

ria.ru saytı xəbər verir ki, bu peyk inteqrasiya edilmiş lazer vasitəsilə nasaz texniki obyektləri, həmçinin başqa zəhərli materialları şüalandıracaq. Bundan sonra kosmik tullantılar atmosferə atılacaq.

Yeni ixtira haqqında hələlik ətraflı məlumat verilmir. Alimlər 3 ildən sonra peykin ilk texniki sınaqlarının keçiriləcəyini güman edirlər.

Onların sözlərinə görə, kosmik tullantılar hazırda ciddi narahatlıq doğuran məsələlərdəndir. Belə ki, artıq kosmosda ölçüsü 10 santimetrdən çox olan təxminən 20 min obyekt mövcuddur.

  • Paylaş: