Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutu əməkdaşlarının məqalələri “Scopus” bazasına daxil olan jurnallarda işıq üzü görüb
11.06.2020 14:52
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu əməkdaşlarının məqalələri “Scopus” bazasına daxil olan jurnallarda işıq üzü görüb

COVID-19 pandemiyası dövründə AMEA-nın Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi altında 4 məqalə nəşr olunub.

Məqalələr “Scopus” beynəlxalq elmi bazasına daxil olan “Inorganic Materials: Applied Research”, “Известия высших учебных заведений. Серия “Химия и Химическая Технология”  və “Polymer Science, Series D” jurnallarında çap olunub.

“Inorganic Materials: Applied Research” jurnalında dərc olunmuş iki məqalə azyanan polimer kompozitlərin alınmasına və xassələrinin təyin edilməsinə həsr olunub.

“Известия высших учебных заведений. Серия “Химия и Химическая Технология” jurnalında nəşr olunmuş məqalədə alüminium tozunun poliolefinlərin kristallaşma prosesinin kinetik qanunauyğunluğuna və mexanizminə təsiri öyrənilib.

Poliolefinlərin funksionallaşdırılması və nanohissəciklərin appretləşdirilməsi prosesinin hibrid-hellərin formalaşma mexanizminə təsirinin tamamilə yeni yanaşmalarla verildiyi məqalə isə “Polymer Science, Series D” jurnalında işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: