Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının ixtirası Avrasiya Patenti ilə təsdiqlənib
12.06.2020 16:53
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının ixtirası Avrasiya Patenti ilə təsdiqlənib

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi əməkdaşları Zaur Ağamalıyev, Çingiz Rəsulov, Rəna Cəfərova, Yusif Yusifov və Fəxrəddin Məmmədov M-8 mühərrik yağına yeni xüsusi kimyəvi quruluşa malik, yüksək temperatura davamlı antioksidantlar sintez ediblər. Bu məhsulların tətbiqinə Avrasiya Patent Təşkilatı tərəfindən Avrasiya Patenti verilib.

Antioksidantlar institutun Alkilfenolların kimyası və texnologiyası laboratoriyasında yerli xammallar – alkilimidazolinlər əsasında alınıb.

Antioksidantların M-8 mühərrik yağında yüksək temperaturda 200 dərəcə Selsidə bu məqsəd üçün istifadə olunan məlum antioksidantlar ilə müqayisəli sınaqları nəticəsində onların səmərəli göstəricilərə malik olduğu müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: