Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ-da malyariya dərmanının COVID-19-a qarşı istifadəsi qadağan edilib
18.06.2020 09:21
  • A-
  • A
  • A+

ABŞ-da malyariya dərmanının COVID-19-a qarşı istifadəsi qadağan edilib

ABŞ-ın Qida və Dərmanlara Nəzarət İdarəsi təhlükəsizlik amilini və dərmanın effektivliyini nəzərə alaraq Prezident Donald Trampın COVID-19-a qarşı mümkün müalicə üsulu kimi irəli sürdüyü iki dərmanın istifadəsi üçün verdiyi icazəni geri götürüb. Dərmanın təcili istifadəsinə icazə bu ilin mart ayında verilmişdi. D.Tramp pandemiya dövrünün əvvəlində bu dərmanların koronavirusa qarşı potensial silah olduğunu qeyd etmişdi.

dw.com saytı xəbər verir ki, Qida və Dərmanlara Nəzarət İdarəsi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin müalicəsi üçün malyariya əleyhinə olan "Hidroksixloroxin" və "Xloroxin" preparatlarından istifadəyə artıq icazə vermir. Həmin preparatların vaksin hazırlamaq məqsədi ilə klinik sınaqdan keçirilməsinə də qadağa qoyulub.

İdarənin baş elmi işçisi Denis Hinton bildirib ki, bu yaxınlarda keçirilmiş sınaqların nəticələrinə əsasən qeyd olunan iki dərmanın COVID-19-un müalicəsində effektli ola biləcəyi şübhə doğurur. O, həmin dərmanların qadağan edilməsini onların ürək nahiyəsində əlavə ciddi fəsadlar yaratması və digər neqativ nəticələrə səbəb olması ilə əlaqələndirib.

Qeyd edək ki, yoluxucu xəstəliklər üzrə ekspert və Ağ Evin Koronavirusla mübarizə üzrə hədəf qrupunun üzvü doktor Entoni Fauçi hələ keçən ay bu preparatın koronavirusa qarşı təsirsiz olduğunu söyləmişdi.

  • Paylaş: