Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunda növbəti dəfə dezinfeksiya işləri aparılıb
23.06.2020 11:04
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti dəfə dezinfeksiya işləri aparılıb

Azərbaycanda koronavirus xəstəliyinin qarşısının alınması, xüsusən də pandemiyanın ikinci dalğasının baş verməməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin tələblərinə uyğun olaraq AMEA-nın Geologiya və Geofizika İnstitutunda növbəti dəfə dezinfeksiya işləri aparılıb.

İnstitutun iş otaqları, laboratoriyalar, kitabxana, akt zalları, muzey, bütün mərtəbələrin dəhlizləri və mərtəbələrarası sahələr dezinfeksiya olunub.

Qurumun əməkdaşlarının binaya tibbi maskada daxil olmaları və hərarətlərinin ölçülməsinə, dezinfeksiyaedici maddələrdən istifadə və sosial məsafəyə əməl etmələrinə ciddi nəzarət edilib.

Bundan başqa, elmi müəssisədə fəaliyyət göstərən iki informasiya monitorunun hər birində dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, yayılma səbəbləri, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə xarakterli məlumatlar foto, video və infoqrafikanın müşayiəti ilə yerləşdirilib. Bu informasiyalar mütəmadi olaraq yenilənib.

Qeyd edək ki, institutda virus əleyhinə tədbirlərin ardıcıl aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: