Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Abbasov: “Zamanında görülən tədbirlər xalqımızı pandemiyanın ağır nəticələrindən qoruya bildi”
24.06.2020 09:10
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov: “Zamanında görülən tədbirlər xalqımızı pandemiyanın ağır nəticələrindən qoruya bildi”

Yeni növ koronavirus (COVID-19) bəşər tarixində görünməmiş dərəcədə dəhşətli virusdur. O, heç bir səhlənkarlığı “bağışlamır”. Artıq dünyada 9 milyondan çox insan koronavirusa yoluxub, 480 minədək insan isə bu bəlanın qurbanı olub. Xalqımız koronavirus infeksiyasından 161 vətəndaşını itirib. Zamanında görülən tədbirlər xalqımızı pandemiyanın gözlənilən ağır nəticələrindən qoruya bildi. Dünyanın ən güclü hesab edilən dövlətləri bu bəla qarşısında aciz qaldığı halda, ölkəmiz bu vəziyyətlə qarşılaşmadı.

Bu sözləri AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov deyib. Akademik bildirib ki, dünya üçün bu ağır sınaq günlərində xalqımızı ümumbəşəri bəla olan COVID-19 infeksiyasından maksimum dərəcədə qorumaq üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. O, COVID-19 ilə mübarizə üçün ayrılan 3,5 milyard manat vəsaitin ümumdaxili məhsulun dörd faizini təşkil etdiyini söyləyib və mübarizənin birinci mərhələsini az itki ilə keçməyimizin dövlətimizin, həkimlərimizin və polislərimizin fədakar əməyi sayəsində mümkün olduğunu vurğulayıb.

“Bir neçə saatlıq “istirahət üçün” heç kimin nə özünü, ailəsini, nə də bütövlükdə xalqı risk altında qoymaq haqqı yoxdur. Maska taxmadan, əlləri tez-tez dezinfeksiya etmədən ictimai nəqliyyatda getmək, iş yerlərində çalışmağın təhlükəli olduğunu hər birimiz bilməliyik. Hamımız “Evdə qal” çağırışına mümkün qədər ciddi riayət etməli, maska taxmadan işə, ictimai yerlərə getməməli, sosial məsafəni saxlamalı, bizi qoruyan həkimlərimizə və polislərə hörmətlə yanaşmalıyıq”, - deyə akademik Vaqif Abbasov bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: