Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlıq əlaqələri genişləndirilir
24.10.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması istiqamətində əməkdaşlığı genişləndirəcək. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindəqurumun direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Yaponiyanın “SHİNYEİ OYO S-İ” şırkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair əhəmiyyətli işlər apardıqlarını və yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edib. Q.Yetirmişli ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə, həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması istiqamətində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: