Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda kiçik sahibkarlığın inkışafı” adlı kitab nəşr olunub
25.06.2020 10:53
  • A-
  • A
  • A+

“Azərbaycanda kiçik sahibkarlığın inkışafı” adlı kitab nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyev və şöbənin böyük elmi işçisi Sevda Mahmudovanın müəllifi olduqları “Azərbaycanda kiçik sahibkarlığın inkışafı” adlı kitab çapdan çıxıb.

İnstitutun Elmi şurasının tövsiyəsi ilə nəşr edilən əsərin elmi redaktoru professor Təbriz Əliyev, rəyçiləri iqtisad üzrə fəlsəfə doktorları Əbdül-Səməd Həsənov və Məzəddin Əyyubovdur.

Monoqrafiyada Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin çoxillik statistik məlumatlarından istifadə edilməklə kiçik sahibkarlığın xüsusiyyətləri, onun ölkə iqtisadiyyatının inkişafında rolu və hüquqi tənzimlənməsi, Azərbaycanda kiçik sahibkarlığın bütün sahibkarlıq subyektlərində və özəl sektorda payı, iqtisadi fəaliyyət sahələri, eləcə də emal sənayesində və regionlar üzrə inkişafını xarakterizə edən əsas göstəriciləri təhlil edilib. Kitabda, həmçinin kiçik sahibkarlığın maliyyə təminatının vəziyyəti araşdırılıb, nöqsanlar aşkar edilib, onların aradan qaldırılması yolları göstərilib, kiçik sahibkarlığın inkişafına dair təkliflər irəli sürülüb.

Yeni nəşr sahibkarlıq strukturlarının rəhbər işçiləri və mütəxəssislər, magistrantlar və doktorantlar üçün nəzərdə tutulub.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.              

  • Paylaş: