Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib
29.06.2020 11:14
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların "Kompüter elmləri" ixtisası üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

Onlayn iclasda İdarəetmə Sistemləri İnstitutunun 2, İnformasiya Texnologiyaları İnstitutunun 3 magistrantı dissertasiya işini müdafiəyə təqdim edib.

Hər bir iş üzrə iddiaçılara suallar verilib, geniş müzakirələr aparılıb, dissertasiya işlərinin aktuallığı, tələbələrin təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub.

Müzakirələrdə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək akademiyanın magistraturasında tələbələrin inkişafı üçün yaradılmış elmi-tədris bazasının əhəmiyyətini xüsusi vurğulayıb. O, dissertasiya işlərinin yüksək keyfiyyətlə hazırlanmasında maddi-texniki bazadan məharətlə istifadə edildiyini bildirib. AMEA-nın akademik-katibi magistrantların təhsillərini davam etdirmələri üçün tövsiyə və təkliflərini verib.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edib.

Onlayn iclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: