Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzinin aztəminatlı əməkdaşlarına yardım edilib
02.07.2020 10:03
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin aztəminatlı əməkdaşlarına yardım edilib

Koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elan edilmiş karantin rejiminin davam etməsinə baxmayaraq, bir sıra dövlət əhəmiyyətli qurumlar, o cümlədən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz olaraq davam etdirir.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qurumun əməkdaşlarının qoyulan rəsmi tələb və qaydalara əməl etdiyini qeyd edib: “Mərkəz respublika ərazisində zəlzələlərin emalı, tədqiqi və elmi araşdırılması ilə məşğul olan yeganə dövlət təşkilatı olduğundan karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən dövlət təşkilatlarının siyahısı üzrə məhdud sayda əməkdaş işə cəlb olunub. Əməkdaşların sosial məsafə saxlaması və sanitar-gigiyenik tələblərə uyğun işləməsi üçün şərait yaradılıb”.

Baş direktor aztəminatlı işçilərə dəstək olmaq məqsədilə mərkəzin bir qrup aztəminatlı əməkdaşına Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı göstərildiyini bildirib.

Qeyd edək ki, 15 çeşiddə ərzaq məhsullarından ibarət yardım paketləri mərkəzin 24 aztəminatlı əməkdaşına paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: