Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyinin veb-saytına pandemiya dövründə 84 ölkədən 148 500 baxış olub
06.07.2020 10:21
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin veb-saytına pandemiya dövründə 84 ölkədən 148 500 baxış olub

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivi virusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir.

Pandemiya dövründə Hüseyn Cavid yaradıcılığının təbliği sosial şəbəkələr üzərindən yüksək səviyyədə həyata keçirilib. Muzey bir sıra onlayn platformalarda, o cümlədən, “Twitter”də #HuseynCavidinOnlaynEvMuzeyi heştəqi ilə, “Facebook”da isə www.facebook.com/huseyn.cavidinevmuzeyi ünvanında ziyarətçilərlə onlayn ünsiyyət yaradıb. Həmçinin muzeyin rəsmi internet səhifəsində (www.huseyncavid.az) virtual muzey bölməsinə keçid etməklə ekspozisiya zalları virtual olaraq ziyarət edilib.

Muzeyin rəsmi “Facebook” səhifəsində kiçik videoçarxlar, ədibin unikal fotoşəkilləri, eksponatların tarixçələri, Hüseyn Cavidin “Seçilmiş aforizmlər” kitabında yer alan əsərlərindən parçalar paylaşılıb. Bununla yanaşı, əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırıblar.

“Youtube” kanalında isə Azərbaycan, rus və ingilis dillərində onlayn ekskursiyalar və muzeyin tarixi haqında müxtəlif videoçarxlar paylaşılıb.

“Academia.edu”, “Researchgate” kimi akademik platformalarda Hüseyn Cavidin əsərlərindən seçmələr yerləşdirilib, muzeyin rəsmi veb-saytı vasitəsilə istifadəçilərə “Hüseyn Cavidin virtual ev-muzeyi” adlı videoekskursiya materialları təqdim olunub.

Pandemiya dövrü ərzində muzeyin bağlı olması ilə əlaqədar veb-sayta müraciətlərin sayı ötən illərlə müqayisədə artıb. Son 6 ay ərzində sayta 84 ölkədən 148 500 baxış həyata keçirilib. Bu müraciətlər 40 mindən artıq unikal IP ünvanından edilib.

Həmçinin bu müddət ərzində Hüseyn Cavidin əsərlərini müxtəlif beynəlxalq virtual sərgilərdə təbliğ etmək, eləcə də muzeyin Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı nəşrlərini ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə ABŞ Konqres Kitabxanasının və “Amazon” şirkətinin birgə layihəsi olan “Yaxşı mütaliə” (Goodreads) kitab təhlili və təqdimatı platforması ilə əməkdaşlıq əlaqələri qurulub. Bu məqsədlə platfor­ma­ya elektron şəkildə 25 referativ biblioqrafik təsvir və nəşr yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: