Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Distri Lab şirkəti tərəfindən seminar təşkil olunub
14.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Distri Lab şirkəti tərəfindən seminar təşkil olunub

Dünyanın aparıcı firmalarından hesab olunan PANalytical şirkəti və onun Azərbaycanda fəaliyyət göstərən distribüteri - Distri Lab şirkəti tərəfindən AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda seminar keçirilib.

Seminarda institutun gənc alim və mütəxəssislərilə yanaşı, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı da iştirak edib. Şirkətin nümayəndəsi Aleksandr Mityaev tədbir iştirakçılarına spektrometriya, difraktometriya və digər bu kimi sahələrdə istifadə olunan müasir cihaz və avadanlıqlar haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, şirkət nümayəndəsi instituta AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, bu elmi qurumun direktoru, akademik Dilqəm Tağıyevin təşəbbüsü ilə dəvət olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: