Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutunda magistrantların onlayn imtahanları keçirilib
06.07.2020 11:23
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda magistrantların onlayn imtahanları keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun magistratura pilləsində “Antropologiya” və “Arxeologiya və etnoqrafiya” ixtisaslaşmaları üzrə təhsil alan I kurs magistrantların “Antropologiyanın müasir problemləri” və “Azərbaycan etnoqrafiyası” fənlərindən imtahanları keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar onlayn keçirilib. Tələbələrin cavablarını antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli və tarix elmləri doktoru, professor Şirin Bünyatova qiymətləndirib. İmtahan nəticəsində I kurs magistrantları yüksək nəticə əldə ediblər.

Növbəti günlərdə yay imtahan sessiyası çərçivəsində hər ixtisaslaşma üzrə daha 3 imtahan keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: