Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əbdülrəhim bəy Haqverdiyev yaradıcılığında modernizmin fəlsəfi-etik aktorları “Gənc adam” konsepsiyası
06.07.2020 10:13
  • A-
  • A
  • A+

Əbdülrəhim bəy Haqverdiyev yaradıcılığında modernizmin fəlsəfi-etik aktorları “Gənc adam” konsepsiyası

“Azərbaycan maarif­çilə­ri­nin etik görüşlərini elmi surətdə tədqiq etmədən onların dünyagörüşlərini bütövlükdə, hərtərəfli, dərindən xarakterizə etmək və dürüst qiymətləndirmək olmaz”. Ziyəddin Göyüşov 

XVIII əsrdə Avropada meydana çıxmış və iki əsr ərzində bütün dünyanı öz ideya təsiri altında saxlamış maarifçilik hə­rəkatı, həmçinin dünya maarifçilərinə səs verən Azərbaycan maarif­çi­lə­rinin fəaliyyəti əslində minillərdən bəri dialektik surətdə inkişaf etmək­də olan bəşərin maariflənmə prosesinin konkret bir dövr da­xilində elmi sistemə salınıb, əsas prinsiplərinin tətbiq olunması düşüncəsini ehtiva edir. Bəşər mədəniyyəti tari­xində xüsusi dəyişdiricilik – inqilab xarakterində müşahidə olunan Yeni modern cəmiyyət ideyaları təbii prosess kimi bütün dünyada, o cümlədən Azərbaycanda güclü əks-səda doğurmuş, bir qrup ziyalı dünya maa­rif­çi­lə­ri­nin əsas və­zi­fə­lə­ri sı­ra­sın­da da­ya­nan fəlsəfi-etik prob­lem­lə­rə – mə­nə­vi tə­rəq­qi, xal­qın savad­lan­ma­sı, hüquq bərabərliyi, qa­dın azad­lı­ğı, köhnəliyin kökündən islahı və s. həllinə diqqət yö­nəl­dərək,  onların hə­ya­ta ke­ç­məsi üçün mil­li mətbuat, teatr, təh­sil ocaq­la­rı, mə­də­niy­yət sa­hə­lə­ri yaradaraq xalqımızın tərəqqisi uğrunda mübarizə aparmış, bununla da zəngin maarifçilik irsi yaratmışlar. Bu baxımdan dünya maariçiliyinin inkişaf mərhələlərinin hərtərəfli izlən­məsi, ayrı-ayrı xalqların ədəbi-mədəni mühitində çoxsaylı problemlərin təzahür spe­sifikasının üzə çıxarılması, elmi cəhətdən  dəyərlənməsi,  hər bir dövrdə olduğu kimi, yeni dünyanın postmodern ideyaları ilə qarşı-qarşıya qaldığı  indiki vaxtda da aktualdır və fəlsəfi fikrin, bütövlükdə humanitar və ictimai elmin maraqlı mövzuları sırasında düşündürür.  

Digər tərəfdən, Qərb ilə Şərqin qovşağında xüsusi mövqe tutan, Azərbaycanın XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri kimi mədəni, iqtisadi, ictimai inkişaf baxımından zəngin və rəngarəng bir dövründə, başqa sözlə, milli maarifçilik tariximizdə fundamental fəlsəfi-etik məzmunlu ədəbi irsi ilə təmsil olunan Əbdülrəhim bəy Haqverdiyevinmodernist mövqeyinin, maarifçi fəlsəfi-etik publisistikasının, həmçinin “Gənc adam” konsepsiyasınındünya maarifçilik ənənələri kontekstindən təhlili olduqca vacib elmi vəzifələrdəndir. Biz sadaladığımız elmi fəlsəfi problemləri bu il 150 illik yubileyi rəsmi şəkildə qeyd edilən Əbdülrəhim bəy Haqverdiyev yaradıcılığında tədqiq-təhlil etməklə həm görkəmli maarifçi dramaturqun, həmçinin maarifçilik dövrü təfəkkür tariximizdə xüsusi yeri olan bütün mütəfəkkir­lərimizin yaratdıqları unikal mənəvi irsi təravətləndirmiş olarıq.  

Həyatı­nın və ədəbi, publisist fəa­liy­yə­ti­nin əsas məz­mu­nunu dünya maa­rif­çi­lik ənənələrinin Azər­bay­can mühitində yaratdığı yük­sək tə­rəq­qi amalları təş­kil edən Əb­dür­rə­him bəy Haq­ver­di­yev milli teat­rı­mı­zın yaran­dığı, maa­rif­çi­lə­ri­mi­zin dü­şün­cə­sin­də səh­nə fik­ri­nin ümumbəşəri etik-əxlaqi sıçrayış kimi müşahidə olunduğu bir ta­ri­xi vaxtda – 1870-ci il­də  muğam-sənət be­şi­yi­miz Şu­şa­da dün­ya­ya gəl­mişdir. 

Onun ilk gənc­lik il­lə­rin­də Azərbay­ca­nın şə­hər və ra­yon­la­rın­da yaşayan mil­li zi­ya­lı nəs­li –maarifçi­lər  mənəvi tərbiyə və eyni zamanda, güclü estetik təsir va­si­tə­si olan teatr, səh­nə sə­nə­tini inkişaf etdirən nü­ma­yən­də­lər mey­da­na çı­xır­dı.

Əbdülrəhim bəy Haq­ver­di­yevin müəl­limi Yu­sif­ bəy də be­lə maarifpərvər zi­yalılar­dan idi. Onun 1884-cü il­də Mirzə Fətəli Axun­do­vun “Xırs qul­dur­ba­san” əsə­ri­ni Şu­şa şə­hə­rin­də ta­ma­şa­ya qoy­ma­sı və gənc tələ­bə Əbdülrəhim bəy Haq­ver­di­ye­vin bu ta­ma­şa­ya bax­ma­sı Azər­bay­can teatr mə­də­niy­yə­ti­ni­n in­ki­şa­fı ta­ri­xi üçün möh­kəm bir sü­tu­nun əsa­sı­nın qo­yul­ma­sı­na sə­bəb ol­du.

Bu fikirlərin təsdiqi üçün aşağıdakı iqtibas əhəmiyyətlidir. “Uşaq səh­nə­də baş ve­rən ha­di­sə­lə­ri axı­ra qə­dər iz­lə­di. Teatrın nə ol­du­ğu haq­da müəl­li­mi Yu­sif­ bəy­dən eşit­di­yi­ni in­di daha dü­rüst ba­şa düş­dü. O, ge­cə uşaq sə­hə­rə qə­dər yat­ma­dı, gördüyü ta­ma­şa haq­qın­da dü­şün­cə­lə­rə dal­dı. Sə­hər Mir­zə Fə­tə­li Axun­do­vun pyesləri­ni tap­dı və ma­raq­la oxu­du. Son­ra “Ha­cı Qara” pye­si məzmu­nun­da bir əsər yaz­dı, adı­nı da “Ha­cı Daş­də­mir” qoy­du və bö­yük se­vinc içə­ri­sin­də müəl­li­mi Yu­sif ­bə­yə təq­dim et­di. Müəllim qar­şı­sın­da du­ran tə­lə­bə­si­ni mə­na­lı ba­xış­la­rla süz­dü, son­ra gülümsə­yə­rək – Gə­lə­cə­yin yaz sə­hə­ri qə­dər şəf­faf­dır, - de­di” .

Şu­şa Real­ Mək­tə­bin­dən son­ra Tiflis Real­ Mək­tə­bin­də oxuduğu il­lər­də Əbdülrəhim bəy  Haq­ver­di­yev ar­tıq teatr­la ya­xın­dan ma­raq­la­nır, oy­na­nı­lan bü­tün ta­ma­şa­la­ra bax­ma­ğa ça­lı­şır­dı. Təsadüfi deyil ki, Şeks­pir, Mol­yer, Şil­ler, Qo­qol, Os­trovs­ki dra­ma­tur­gi­ya­sın­dan ha­zır­lan­mış ta­ma­şa­ları izləməsi dövrü onun maarifçi bi­li­yi­ni ar­tı­rmış, bu ədəbiyyat və sənətdən qaynaqlanan fəlsəfi-etik ideyaları dərk edib, mə­nim­sə­mə­sinə səbəb olmuşdur.

Əbdülrəhim bəy Haq­ver­di­ye­vin ali təh­sil al­maq üçün müa­sir­lə­rinin yolu ilə Ru­si­ya­ya get­mə­si, xüsusi­lə Pe­ter­burq ki­mi pay­taxt şə­hə­rin­də ya­şa­ma­sı, döv­rü­nün ən mə­şhur teatr­la­rı­nın repertuarları ilə tanış olması, sə­nət sə­viy­yə­si­ni mü­şa­hi­də et­mə­si, xü­su­si­lə də maarifçi rus teatr mü­hi­ti­nə da­xil ol­ma­sı, on­da uşaq­lıq­dan ya­ra­nan maarifçi dü­şün­cə­lə­ri­ da­ha da möh­kəm­lət­miş, onu  xal­qı­n maarifçi nü­ma­yən­də­lərinə yaxınlaşdırmışdır.

Əbdülrəhim bəy Haq­ver­di­yev Pe­ter­burq teatr mü­hi­ti­nin ona tə­si­ri ba­rə­də özünün “Tər­cü­me­yi-ha­l”ında dol­ğun mə­lu­mat ve­rərək ya­zır: "1891-ci sə­nə­də Pe­ter­bur­qa ge­dib, ora­da bi­rin­ci də­fə mü­kəm­məl teat­ro gör­düm. O vaxt Alek­san­drins­ki teat­ro­su­nun ən par­laq vax­tı idi. Da­vı­dov, Var­la­mov, Ko­mi­ssar­jevs­ka­ya, Dals­ki ki­mi da­hi­lər işləyir­di­lər. Alek­san­drins­ki teat­ro­su bil­mə­rrə mə­ni öz ka­mı­na çəkdi. Bir həf­tə ol­maz­dı ki, mən teat­ro­ya get­mə­yim. Bə­zən həf­tə­də iki də­fə ge­dir­dim. Alek­san­drin­ski teat­ro­su­nun mə­nə bö­yük tə­si­ri ol­du” .

Pe­ter­burq hə­ya­tı Ə.Haq­ver­di­ye­vin pay­taxt dövrün maarifçilik ideyalarını dolğunluqla əks etdirən Fran­sa­ teatr­la­rı­nın ta­ma­şa­la­rı­na baxması­na da sə­bəb ol­muş­dur.  

Ə.Haq­ver­di­ye­vin hə­yat və ya­ra­dı­cı­lı­ğı­na dünya və rus maarifçiliyinin güclü ideya təsiri altında formalaşmış Pe­ter­burq mü­hi­ti­n­dən da­nı­şar­kən dra­ma­turq, bö­yük teatr xa­di­mi­nin maa­rif­çi dün­ya­gö­rü­şü­ndə əsas təşkil edən mü­hüm bir fak­tı da qeyd et­mək fik­ri­miz­cə yerinə düşər. Be­lə ki, Ə.Haq­ver­di­yevin Pe­ter­burq­da təhsil illərində 1871-ci il­ Pa­ris Ko­mun­na­sının məğ­lubiyyətindən son­ra Rusiya­ya köçüb­müş­ bir fran­sız in­qi­lab­çı mü­ha­ci­rlə qonşuluq­da ya­şa­yır­mış. Həmin adam Ə.Haq­ver­di­ye­və fran­sız di­li­ni öy­rətmiş­, ona maa­rif­çi dü­şün­cə­lə­r təl­qin etmişdir. "Qo­ca hə­mi­şə təkrar edər­miş ki, hər bir xal­qın, hər bir ada­mın səa­də­ti onun öz əlin­də­dir, xoşbəxt­li­yi kə­nar­dan ax­ta­ran­lar ya­nı­lır­lar".

Əs­rin so­nların­da Peterburq mü­hi­ti­nin, bu şəhərin can­lı sə­nət aləmi­nin, həm­çi­nin fran­sız  inqilabçısının tə­si­ri ilə Əbdülrəhim bəy Haq­ver­di­ye­vin maarifçi dün­ya­ba­xı­şları da­ha da təkmil­ləş­miş və o, təh­sil illərin­də iki əsər - "Ye­yər­sən qaz əti­ni" ko­me­di­ya­sı­nı və "Da­ğı­lan ti­faq" faciə­si­ni yazmışdır.

Bö­yük sə­nət ar­zu­la­rı ilə ya­şa­yan gənc dra­ma­turq tez­lik­lə əsər­lə­ri­nin öz xal­qı­nın mil­li səh­nə­sin­də, həmvətənlərinin mənəvi-etik tərbiyəsi və estetik zöv­qü­nün in­ki­şa­fı­ məq­sə­di­lə oy­nan­ma­sı­nı qar­şı­sı­na məq­səd qo­yur və hər yay tə­ti­lə gələr­kən Şu­şa­da hə­vəs­kar dəs­təsi­lə oy­nan­ma­sı­nı real­laş­dı­rır.

Maraq­lı­dır ki, "Da­ğı­lan ti­faq" ilk də­fə 1896-cı il­də ta­ma­şa­ya qo­yu­lar­kən Ə.Haq­ver­di­yev rol­la­rı həm­fi­kir­lə­ri­nin, teat­rı yük­sək qiy­mət­lən­di­rən Azər­bay­can zi­yalı­la­rı­nın ara­sın­da böl­müşdü. Müəlli­mi Yu­sif­bəy, Zülfü­qar Ha­cı­bə­yov, Sü­ley­man Sa­ni Axun­dov, ha­be­lə mək­təb­li­lər nəğ­mə­si­ni da­hi Üze­yir Ha­cı­bə­yov oxu­maq­la ta­ma­şa­nın mü­vəf­fə­qiy­yət­lə oy­nanma­sı­na ya­xın­dan kö­mək etmişdilər.

Əbdülrəhim bəy Haq­ver­di­yev təh­si­li­ni 1899-cu il­də bi­ti­rib, və­tə­nə qayıdarkən onun ən əsas fik­ri mil­li səh­nə sənəti­ni in­ki­şaf et­di­rib, bu ali sənət sahəsində dövrünün aparıcı fəlsəfi-etik prinsiplərini və geniş mənada  maarifçi ideyaları təbliğ etmək idi.

Gənc dra­ma­turq Əbdülrəhim bəy  Haq­ver­di­yev özün­də re­jissor, di­ri­jor, hətta akt­yor im­kan­la­rının olduğunu da hiss etmiş, teatr fik­ri ilə in­san­la­rın maarif­çi­lik ru­hu­nun güc­lən­mə­si vəzifəsini, real ger­çək­lik­də­ki say­sız ictimai, so­sial prob­lem­lə­rin həl­li­ni qarşısına məqsəd qoymuşdur.

Onun "Tər­cü­me­yi-ha­lın­da" bu haq­da be­lə bir qeyd vardır:

"1895-1896-cı sə­nə­lər­də Av­ro­pa ədə­biy­ya­tın­da sim­vo­lizm üsu­lu mo­da­ya düş­dü. Bi­rin­ci də­fə Houts­ma­nın "Qərq ol­muş Na­qos" əsə­ri rus di­lin­də Pe­ter­burq­da oy­na­nıl­dı. O gün­dən sim­vo­liz­mə aşiq olub, in­di də ay­rı­la bil­mi­rəm. Sim­vo­lizm üsu­lu tə­si­ri al­tın­da 1901-ci sənə­­də Ba­kı­da "Pə­ri Ca­du" əsə­ri­ni yaz­mı­şam. "Pə­ri Ca­du"nun ide­ya­sı ta­ma­mi­lə Meter­lin­qin "Abı quş" əsərinin ide­ya­sı­dır. An­caq bu­nu bil­mə­li­dir ki, "Abı quş" "Pə­ri Cadu"dan 7 sə­nə son­ra ya­zıl­mış­dır. "Pə­ri Ca­du"dan bir ne­çə sə­nə əv­vəl 1900-cü sə­nə­də "Bəxt­siz ca­van"ı yaz­dım. Hə­min sə­nə­də Şuşa səh­nə­sin­də ta­ma­şa­ya qoy­dum. O sə­nə­dən in­qi­la­ba­dək Qarabağ bəy­lə­ri­nin və sər­vət dost­la­rı­nın boy­ko­tu al­tın­da ya­şa­dım. 1907-ci sə­nə­də İran sə­ya­hə­tin­dən son­ra "Ağa Mə­həm­məd Şah" fa­ciə­si­ni yaz­dım. Bu­ra­da heç bir kə­nar tə­sir yox­dur. Ha­man il­də ar­tist Ərəb­lins­ki­nin xa­hi­şi­nə bi­naən üç əsər tər­cü­mə et­dim: "Qəzavat", "Yə­hu­di­lər", "Sol­tan Os­man".  

Tədqiqatçı K.Məm­mə­do­vun "Ə.Haq­ver­di­yev" əsə­rin­dən gətirdiyimiz aşağıdakı iqtibas maarifçi yazıçı-dramaturq Əbdülrəhim bəy  Haqverdiyevin  maarifçi ictimai təşkilatı fəaliyyətlə məşğul olduğunu təsdiqləyir: "... Ba­kı­ya gəl­di­yi gün­dən e­ti­ba­rən Haq­ver­di­yev teatr işi ilə cid­di məş­ğul ol­ma­ğa baş­la­dı. Rus teatr mə­də­niy­yə­ti­nin qa­baq­cıl təc­rü­bə­lə­ri­ni Azər­bay­can­da hə­ya­ta ke­çir­mə­yə ça­lı­şır­dı. Bu dövr­də Əb­dür­rə­him bə­yin re­jis­so­ru ol­du­ğu, ta­ma­şa­sı­na ümu­mi rəh­bər­lik et­di­yi əsər­lər­dən M.F.Axun­do­vun "Ha­cı Qa­ra", "Vəziri Xa­ni-Lən­kə­ran", N.Və­zi­ro­vun "Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük", "Adı var, özü yox", müəl­li­fin özü­nün "Da­ğı­lan ti­faq", "Bəxt­siz cavan" pyes­lə­ri­ni nü­mu­nə gə­tir­mək olar. Bu ta­ma­şa­lar­da Haqverdi­yev hər şey­dən əv­vəl, Pe­ter­bu­rq­da Alek­san­drins­ki teatrında gör­dü­yü ta­ma­şa­lar­da ol­du­ğu ki­mi rea­liz­mə, ar­tist oyunun­da­kı tə­bii­li­yə da­ha çox fi­kir ve­rir­di". 

Azər­bay­can teat­rın­da maarifçi-dra­ma­turq Əbdülrəhim bəy Haq­ver­di­ye­vin 1901-1904-cü il­lər­də fəal iş­ti­ra­kı mil­li teat­rın səh­nə­sin­də maa­rif­çilik dövrünün ye­ni in­san prob­le­mi­ni   işıqlandıran ən qüv­vət­li ədə­bi əsər­lə­ri­n oy­nan­ma­sı­nı da şərt­lən­di­rir ki, bu həm də dünya maarifçilik ənənələrinə Azərbaycan milli mühitinin  bələd olması demək idi. Çünki, xalqın modern cəmiyyətə hazırlanmasında etik və es­te­tik tər­bi­yə vasitəsi olan teatın­ mühüm əhəmiyyətini bütün məşhur maarifçilər xüsusi olaraq qeyd edirdilər.  

Beləcə, Əbdülrəhim bəy  Haq­ver­di­ye­vin pub­li­sist ya­ra­dı­cı­lı­ğın­da  döv­rün "mək­tub" adla­nan sil­si­lə tip­li, tən­qid və if­şa ruh­lu fel­ye­ton və mə­qa­lə­lə­ri xü­su­si­lə diq­qə­ti cəlb edir. Bü­tün maa­rif­çi­lər ki­mi köhnəlmiş əxlaq normalarını, yeni cəmiyyət  prinsiplərinə zid davranış qaydalarını, nə­sil­dən-nəs­lə keç­ə­­n ge­ri­li­yi, savadsız­lıq və avam­lı­ğı, şüur­lar­da kök sal­mış möv­hu­ma­tı, can­lı və inan­dı­rı­cı hə­yat ha­di­sə­lə­ri, ti­pik in­san­ obrazları va­si­tə­si ilə təs­vir edən ədib bu əsərləri üçün ma­raq­lı, oxucu­la­rın diq­qə­ti­ni cəlb edən maarifçi ideya-məzmunlu sər­lövh­lə­r­ də dü­şün­ür­dü: "Xortda­nın cə­hən­nəm mək­tub­la­rı", "Ma­ral­la­rım" - bu sil­si­lə­də "Müt­rüb dəf­tə­ri", "Şi­ka­yət", "Şə­bih", "Pir", "Acın­dan tə­bib", "İt oyu­nu", "Diş ağ­rı­sı" və s. xalqın mənəvi hə­ya­tın­dan götürülmüş möv­zu­lar ol­maq­la bə­ra­bər, həm də maa­rif­çi milli ictimai fikrin ye­ni nəsr janrının mey­da­na çıx­ma­sı­nı şərt­lən­diririrdi. 

Ə.Haq­ver­di­yev "Cə­hən­nəm mək­tub­la­rı", "Mo­za­lan bə­yin səyahət­na­mə­si", "Ma­ral­la­rım" əsər­lə­ri­ni ilk də­fə "Mol­la Nəsrəddin" jur­na­lın­da "Xort­dan", "Lağ­la­ğı", "Mo­za­lan" və baş­qa giz­li im­za­lar­la çap et­di­rir, sa­də, an­la­şıq­lı xalq di­lin­də, həm də bədii cə­hət­dən bit­kin for­ma və məz­mu­na ma­lik bu əsər­lərlə xalq arasın­da maa­rif­çi­lik hərəkatının tərəqqi məqsədinin  in­ki­şa­fı­na ça­lı­şır­dı.

Dünya maarifçiliyinin Azərbaycan nümayəndələrindən Əbdülrəhim bəy Haq­ver­di­yev "Cə­hən­nəm mək­tub­la­rı"na yaz­dı­ğı “Mü­qəd­di­mə əvə­zi” – qeyd­lərin­də əsə­ri­n ide­ya­sı haq­da be­lə bir mə­lu­mat ver­miş­dir: “"Cəhən­nəm mək­tub­la­rı" ad­lan­dır­dı­ğım bu əsə­rim "Ma­ral­la­rım"ın ma­bə­di ola­raq bir pa­ra mən­fi tip­lər­dən və möv­hu­mat­dan bəhs edən bir əsər­dir. Cə­hən­nə­min təs­vi­ri, şö­bə­lə­ri və şö­bə­lə­rin ad­la­rı, günahkarlara olan cə­za­la­rın növ­lə­ri - heç bi­ri­si xə­ya­li de­yil, hamısı "Tən­be­hül-qa­fi­lin" və o qə­bil sair cə­hət­lər­dən götürülmüşdür. Bu əsə­ri yazmaq­dan məq­səd möv­hu­ma­tın avam türk xal­qı­nın ba­şın­da nə dərə­cə­də möh­kəm bir möv­qe tut­ma­sı­nı gös­tər­mək idi... Söz yox ki, cə­hən­nəm özü bir möv­hu­mi mə­kan­dır. Am­ma bu əsər­də "cəhənnəm" sö­zü­nü "mən­fi tip­lər" cə­miy­yə­ti məna­sı­nda düşünməli­dir".  

Maarifçi ədibin mən­fi tip­ləri cə­miy­yə­tin bö­yük bir mü­səl­man “əra­zi­sini” əhatə edir­di.  Cəhən­nəm mək­tub­la­rı", ha­be­lə "Ma­ral­la­rım" və başqa əsərlərin etik ide­ya­la­rı­ maa­rif­çi ya­zı­çının  hər bir ha­di­sə, və­ziy­yət və per­so­najı, rəngarəng tip­lə­ri, ümu­mi­lik­də feodal cə­miy­yə­ti­ni Azərbayca­nın bir çox mər­kə­zi şə­hər və rayonla­rı­nı, İra­nı, Qaf­qa­zı, Or­ta Asi­ya­nı, Vol­qa bo­yu yer­lə­ri gəzərək də­rin hə­ya­ti mü­şa­hi­də­lər əsa­sın­da və ən əsası zən­gin maarifçi ədəbiyyat nəzəriyyəsinə xas rea­list və ti­pik bo­ya­lar­la təsvir etdiyini təsdiqləyir.  

"Cə­hən­nəm mək­tub­la­rı" sil­si­lə pamf­let­də "Xan tü­pür­cə­yi", "Topal Se­yid", "De­şik­li ağac", "Cın­dır­lı pir", "Ös­kü­rək pi­ri" və başqa publisist əsərlərin mövzusu maa­rif­çi­lik döv­rün­də daha çox tən­qid hə­də­fi olan möv­hu­mat və ona qarşı mübarizədir.   

Mə­sə­lən, "To­pal Se­yid" fel­ye­to­nu möv­hu­mat­çı­la­rı, on­la­rın təsiri al­tı­na düş­müş avam in­san­la­rı sa­ti­rik dil­də tən­qid edir, bunun­la da maa­rif­çi­lik döv­rün­də movcud olan köhnə əxlaqın, so­sial və­ziy­yət və prob­lem­lə­rin rəngarəng mən­zə­rə­si­ni ya­ra­dır. "To­pal Se­yid" əsə­rin­dən gə­ti­rə­cə­yi­miz aşa­ğı­da­kı mi­sal, maarifçi este­ti­ka­nın ye­ni ya­ra­nan bu janrının im­kan­la­rı va­si­tə­si ilə dövrün etik-əxlaqi vəziyyətini, eyni zamanda yeni­li­yin ­köh­nə­lik üzə­rin­də mü­ba­ri­zə­si­ni yax­şı ifa­də edir: "Bu şəxs Ağ­dam dai­rə­sin­də olur. Bu da xan ki­mi, qu­dur­muş it tu­tan­la­rı müa­li­cə edir; an­caq na­xoş­la­rın ağız­la­rı­na tü­pür­mür. Bir qət­rə mü­ba­rək bar­ma­ğı­nın qa­nın­dan çö­rə­yə sür­tüb na­xo­şa ye­dir­dir; haman saat bə­la on­dan də­f olur. Bir ne­çə il bun­dan əq­dəm bi­zim kənd­də bir ca­van oğ­la­nı qu­dur­muş it da­la­mış­dı. Mən ona Tif­li­sə Das­ter xəs­tə­xa­na­sı­na get­mə­yi məs­lə­hət gör­düm. Mə­nim tək­li­fim ət­raf­da­kı­la­rın və na­xo­şun qar­da­şı­nın xo­şu­na gəl­mə­yib, onu To­pal Se­yi­din oca­ğı­na gön­dər­di­lər. ...Al­tı həf­tə keç­mə­miş­di, eşit­dim naxoş və­fat edib. Tə­ziy­ə­si­nə ge­dib, qar­da­şı­nı mə­zəm­mət elə­dim. ...De­di: - Yox, ona əlac ol­ma­ya­caq idi. Çün­ki Se­yi­din qul­lu­ğu­na e­ti­qad­la get­mə­miş­di. Əl­bət­tə e­ti­qad bö­yük şərt­dir".  

Ə.Haq­ver­di­yev "Cə­hən­nəm mək­tub­la­rı" əsə­rin­də ge­niş təs­vir etdi­yi "e­ti­qad" mə­sə­lə­si­ni "Ma­ral­la­rım"a yaz­dı­ğı “Mü­qəd­di­mə əvə­zi” ya­zı­sın­da da­ha də­rin mə­nə­vi-psi­xo­lo­ji as­pekt­lər­dən  tənqid edir.

"Ma­ralla­rım"ın da­şı­dı­ğı maa­rif­çi ide­ya döv­rün tə­ləb et­di­yi mənə­vi-etik məsə­lə­lə­ri də əha­tə edir. Ədib sa­yı bi­lin­mə­yən "maral­la­rım" de­mək­lə, bü­tün dünya­da­kı, xü­su­si­lə ona mil­li mənsubiy­yət­cə və əra­zi­cə ya­xın olan mü­səl­man Şər­qin­də­ki mə­nə­vi əxlaq mə­sə­lə­lə­ri­ni bədii-es­te­tik şə­kil­də if­şa et­mək­lə təm­sil olundu­ğu maa­rif­çi hə­rə­ka­ta bağ­lı­lı­ğı­nı nü­ma­yiş et­di­rir. Onun müqəd­di­mə əvə­zin­də sa­ti­rik dil­lə "mə­nim ma­ral­la­rı­mın he­sa­bı üç yüz mil­yo­na ça­tıb. Gedərsən İra­na, Hin­dis­ta­na, Ərə­bis­ta­na, Buxara­ya, Əf­qa­nıs­ta­na, İrə­va­na, Nax­çı­va­na, Qa­ra­ba­ğa, Lən­kə­ra­na, Sal­ya­na, Ba­kıya, Ba­tu­ma, Dər­bən­də, Da­ğıs­ta­na... hər yer mə­nim ma­ral­la­rım ilə do­lu­dur. ...Ha­cı ma­ral­la­rım, kər­bə­la­yı ma­ral­la­rım, mə­şə­di ma­ral­la­rım, mol­la, röz­və­xan, bəy-xan ma­ral­la­rım. Ke­çəl ma­ral­la­rım, qo­tur, bit­li ma­ral­la­rım. Ba­şı qa­paz­lı, üz­lə­ri tü­pür­cək­li ma­ral­la­rım."- sözləri maarifçilik fəlsəfi etikasına görə köhnələrək sıradan çıxmış “maral”lara qarşı fi­kir­lər­də sıç­ra­yış, də­yi­şik­lik, da­ha ge­niş mə­na­da de­sək mənəvi in­qi­lab üçün bünövrə ya­ratmalı ­idi.

Əbdülrəhim bəy Haq­ver­di­yev "Şi­ka­yət" ad­lı fel­ye­to­nun­da məhz baş verməkdə olan bu mədəni-mənəvi in­qi­lab haq­da bəhs edir, ar­tıq maa­rif­çi­li­yin şüur­lar­da kök sal­mış ge­ri­lik, sa­vad­sız­lıq, möv­hu­mat qalıq­la­rı­nı ye­rin­dən sil­kə­lə­yib, tər­pət­di­yi­ni göstərir. Əsə­rin ilk cüm­lə­sin­də "Rə­mə­zan da­xil olub yar­mar­ka­lar... bağışlayın, səhv et­dim... məs­cid­lər açı­lıb", – de­yə­rək, din adından is­ti­fa­də edən axund­la­rın qa­zanc ye­ri məs­cid­lə­ri tən­qid edən ədib axund, de­mə­li əks qüt­bün di­lin­dən baş ve­rən tə­rəq­qi­ni, onun tə­sir dai­rə­si­ni də xü­su­si vur­ğu­la­yır.

O ya­zır: "Keç­miş­də hər rə­mə­zan­da əli­mə min beş yüz manatdan ar­tıq pul gə­lir­di. Ba­zar gəl­dik­cə ka­sad­la­şır, ca­maat dindən, məzhəb­dən çı­xıb, ülə­ma­ya e­ti­na elə­mir. Al­lah ev­lə­ri­ni yıxsın bu urus­ca oxu­yub ca­maa­tı yol­dan çı­xar­dan­la­rın... Məs­ci­də ge­dir­sən - bom­boş. Am­ma ti­ya­tır­dı, nə da­ğıl­mış­dı, ağ­zı­na­dək dolu? Yə­qin dün­ya­nın axı­rı və Dəc­ca­lın xü­ru­cu ya­xın­la­şıb. ...Evin yı­xıl­sın qəzet ya­zan! Ba­la­la­rın qı­rıl­sın uş­ko­la açan! Go­run od ilə dol­sun teatr bi­na­sı qo­yan! ". 

Bu iqtibas­da maa­rif­çi­lik döv­rü­nün de­mək olar ki, bü­tün köhnə və eyni zamanda yeni cəmiyyətin mənzərə­si və onun qə­zet, mək­təb ki­mi mə­də­niy­yət nə­zə­riy­yə­si proq­ra­mı­nın əsas prinsip­lə­ri xa­rak­te­rik şə­kil­də ifa­də olun­muş­dur.

Ədi­bin "Şə­bih" əsə­rin­də axund və mol­la­la­rın adam­lar­dan pul əldə et­mək üçün yü­zi­llik­lər bo­yu əsas­lan­dıq­la­rı "sün­ni-şiə" məsələ­si­ni əsas tən­qid hə­də­fi­nə çev­ril­mək­lə cid­di ta­ri­xi kö­kü olan bir problemə mü­na­si­bət bil­di­ri­lir.

Ümu­miy­yət­lə, maarifçi ədibin elə bir fel­ye­to­nu, pamf­le­ti ilə qar­şı­laş­maq müm­kün de­yil ki, ora­da Şərq fa­na­tiz­mi, mövhumatçı dindarla­r, xan­lar, ağa­lar ha­ki­miy­yə­ti tən­qid olun­ma­sın, on­la­rın xal­qın acı­na­caq­lı hə­ya­tı­na sə­bəb olan hə­rə­kət­lə­ri "söz" si­la­hı ilə islah edil­mə­sin.

Bu ba­xım­dan Ə.Haq­ver­di­ye­vin ya­ra­dı­cı­lı­ğı Azər­bay­canın maarif­çilik ədəbiyyatında və həmçinin döv­rün maa­rif­çi­lik ictimai və təşkilati hə­rə­ka­tın­da mü­hüm sə­hi­fə­ni təş­kil edir. Ə.Haq­ver­di­yev də sə­ləf­lə­ri və müa­sir­lə­ri ki­mi xalqın içə­ri­sin­ə ay­dın ba­şa dü­şü­lən dil­də ya­zı­lan əsər­lə­rin­dən uca­lan ye­ni hə­yat ar­zu­la­rı ilə daxil olur, həm şəx­siy­yət, həm də sə­nət­kar ola­raq həmvətənlərinin, soydaşlarının mədəni tə­rəq­qi işin­də iş­ti­rak edirdi.

Ə.Haq­ver­di­ye­v irsininin təd­qi­qat­çı­sı, ədə­biy­yat­şü­nas alim Təhsin Mütəllibov "Ə.Haq­ver­di­ye­vin poe­ti­ka­sı" əsə­rin­də bu məq­səd, və­zi­fə­nin əsl məz­mu­nu­nu be­lə şərh edir­di: "...Rə­qib tə­rəf­də qüvvə­ti təm­sil edəcək hər şey var­dı: top-tü­fəng də, qo­şun da, böyük ix­ti­ya­rat­lı döv­lət ida­rə­lə­ri də, ən dəh­şət­li­si isə xal­qın zehni­ni çaş­ı­rdan, fikrini al­da­dan ru­ha­ni qa­ra­gü­ru­hu da... Bu tərəfdə isə bir­cə mübari­zə va­si­tə­si var­dı - Söz! ...Əs­lin­də ədiblərin hər bi­ri­nin şəxsi tər­cü­me­yi-ha­lı­nın əsa­sı­nı xalq və cəmiy­yət qar­şı­sın­da­kı xidmət­lə­ri təş­kil edir. On­la­rın bə­dii yaradıcı­lı­ğı da və­tən­daş­lı­ğın ən qüv­vət­li tə­za­hür for­ma­sı idi".  

Ə.Haq­ver­di­ye­vin maa­rif­çi­lik döv­rü­nün ya­rat­mış ol­du­ğu mətbuat, pub­li­sist ya­ra­dı­cı­lı­ğı haq­qın­da­kı təhlillə­ri­mi­zə ye­kun vurar­kən bir əsas mə­sə­lə­ni gös­tər­mə­li­yik ki, bü­tün maa­rif­çi­lər kimi Haq­ver­di­yev də "bə­dii ya­ra­dı­cı­lı­ğı və­tən­daş­lı­ğa" bir­ləş­dir­­mək, maarifçilik dövrünün əxlaq fəlsəfəsini estetik şüur sahəsi olan səhnə sənəti vasitəsilə həyata keçirməklə bərabər öz fel­ye­ton­ları, sa­ti­rik məz­mun­lu, maa­rif­çi möv­zu­lu he­ka­yə­ləri, mə­qa­lə­ləri ilə ədə­biy­ya­ta ye­ni-ye­ni janrla­rı gə­ti­rir və in­ki­şaf et­di­rir­di.

Əbdülrəhim bəy  Haq­ver­di­yev, ha­be­lə "Mol­la Nəs­rəd­din"də ça­lı­şan başqa yazar­lar heç də tə­sa­dü­fi de­yil ki, di­li, for­ma və məz­mu­nu e­ti­ba­ri­lə ta­ma­mi­lə tə­zə bir mə­də­niy­yət ha­di­sə­si, ədə­bi mək­tə­bin əsa­sı­nı qoyub, for­ma­laş­dır­mış­lar. Bu ədəbi məktəb dövrünün yaratdığı ən mühüm hadisə olduğundan milli maarifçiliyin özünəməxsus vəzifələrini icra etməsi və tam olaraq yeni etik prinsipləri təmsil və təbliğilə fərqlənir.

Burada belə bir elmi qənaətimizi də bildirməyi zəruri hesab edirik ki, ta­rix XIX əsr maa­rif­çi­lə­ri­nin kütlədən ayrılaraq bir fərd, vətəndaş olaraq ar­zu və məq­səd­lə­ri­ni hə­ya­ta ke­çir­məklə   gələcək nəsillərə mi­ras ki­mi, əsrlərin davamında əhə­miy­yə­ti­ni qo­ru­yub, hifz edə­cək zən­gin yaradıcı­lıq ir­si bəxş et­miş­lər.

Maarifçilik dövrü milli klassk ir­sinin bir də­yər­li cə­hə­ti də ondadır ki, bu ya­ra­dı­cı­lıq köh­nəl­mir, onun ən­ə­nə­lə­ri aktuallığını daim qoruyub saxlayır, fəlsəfi və habelə  müxtəlif humanitar elmi istiqamətlərdən tədqiqata çevrilir.

Bu dövr­də maarifçilik məzmununda ya­ra­nan elmi-fəlsəfi irs, fəlsəfi-etik mahiyyət kəsb edən ədə­biy­yat və sənət Azərbaycan maa­rif­çi­lə­ri­nin fi­kir və ar­zu­la­rı­nın, məqsəd və vəzifələrinin dünya maarifçilik ənənələri ilə uzlaşmasının ifa­də­çi­si idi. Məsələn, Azərbaycan maarifçiləri öz ideya sələfləri kimi köhnəliyi kökündən tənqid edərkən yeni cəmiyyətin dayağı olaraq gənc adamları müsbət qiymətləndirir, onların obrazlarını qabardırdılar. Tanınmış alim Cəfər Cə­fə­rov bu ob­raz­ın sə­ciy­yə­si­ni və dra­ma­tur­ji funksionallığı­nı be­lə ümu­mi­ləş­di­rir­di: "Bu gənc adamlar öz­lə­ri­nin haq­lı ol­duq­la­rı­na ina­na­raq və əməl­lə­ri­nin rü­şeym­lə­ri­ni gö­rə­rək, asan­lıq­la təs­lim ol­mur­du­lar və köh­nə dün­ya­nın on­la­ra ver­di­yi əzaba, et­di­yi təh­qir­lə­rə bax­ma­ya­raq, ide­ya­la­rı uğ­run­da mü­ba­ri­zə apa­rır­dı­lar".

Maarifçilik dövrü etik fikrinin "Gənc adam"la­rının XIX əsrin ikinci yarısı Azər­bay­can­ dra­ma­tur­gi­ya­sın­da yeni, ey­ni za­man­da sə­viy­yə və psi­xo­lo­ji cə­hət­dən mü­kəm­məl nəs­li Əbdülrəhim bəy Haq­ver­di­ye­vin ya­ra­dı­cı­lı­ğın­da mey­da­na çıx­mış­dır.

Əbdülrəhim bəy Haq­ver­di­ye­vin "Da­ğı­lan ti­faq", "Bəxt­siz ca­van", "Pə­ri Cadu", "Ağa Mə­həm­məd şah Qa­car" fa­ciə­lə­ri maa­rif­çilik dövrünün fəlsəfi-e­tik fik­ri­nin ən dol­ğun ifa­də­çi­si­dir.

 Əbdülrəhim bəy Haq­ver­di­ye­vin "Bəxt­siz ca­van" fa­ciə­si­nin qəh­rə­ma­nı Fərhad maa­rif­çi ide­ya­lar­la çı­xış edir, xal­qın, kənd­li­lə­rin hüquqları­nın mü­da­fiəsinə qalxır, feodal dü­şün­cə ilə mü­ba­ri­zə aparır. Fər­ha­dın təh­sil­dən son­ra də­yi­şil­mə­si, onun açıq şəkil­də öz mü­na­si­bə­ti­ni bil­dir­mə­si, hət­ta şəx­si hə­ya­tı­nı ta­ma­mi­lə ye­ni bir tərz­də dü­şünmə­si dra­ma­tur­qun maarifçi qələmi ilə köh­nə cə­miy­yə­tin üzərin­də ye­ni­nin qə­lə­bə­si ki­mi səs­lə­nir.

Maa­rif­çi­li­yin əsas fəlsəfi-etik prin­si­pləri – elm, təh­sil, tə­rəq­qi mə­sə­lə­si "Bəxt­siz ca­van" fa­ciəsi­nin ilk məc­li­sin­dən önə çəkilərək, işıq­lan­dı­rılır. Fər­had əmi­si­nə de­yir: "İn­san ki, elm oxu­du, gə­rək onun el­min­dən elmsizlər az-çox mən­fəət­bər­dar ol­sun­lar. Elm oxu­yan­lar gə­rək korla­ra göz, qa­ran­lıq­da qa­lan­la­ra çı­raq ol­sun­lar. Elm­li adam­lar hamı­dan ar­tıq biz­lə­rə la­zım­dır”.

Fər­ha­dın bu fi­kir­lə­ri möv­cud şə­rai­tin və­ziy­yə­ti­ni ifa­də edir. O, "biz­lə­r" de­yən­də da­xil ol­du­ğu mü­hi­ti nə­zər­də tu­tur. Ha­cı Sə­məd ağa da bu­nu bi­lir. Ona da əhatəsin­də olan in­san­la­rın prob­lem­lə­ri yax­şı mə­lum­dur. La­kin Fər­had nə qə­dər bu ge­ri­li­yin düş­mə­ni­dir­sə, Ha­cı Sə­məd ağa ək­si­nə, elm­siz­li­yin, savad­sız­lı­ğın ma­ra­ğın­da­dır.

Fa­ciə­nin ikin­ci məc­li­sin­də o, kən­d­li­nin sa­vad­sız­lıq­da, nadan­lıq­da da­vam et­mə­si­ni məq­sə­dəuy­ğun he­sab et­di­yi­ni açıq bildi­rir. "Rəiy­yət nə qə­dər avam ol­sa bəy üçün məs­lə­hət­dir. Hərgah, on­la­ra biz elm oxut­saq, gə­rək son­ra ge­dib di­lə­nək. ...Rəiy­yət nə­dir, elm nə­dir, sə­nət nə­dir? Rəiy­yət ki, döv­lət­lən­di, gərək bəy baş gö­tür­sün kənd­dən çıx­sın".

Fər­had bü­tün maa­rif­çi yeni insan – "gənc adam" müa­sir­lə­rin­dən xey­li irə­li ge­dərək mül­kədar Ha­cı Sə­məd ağa ilə kənd­li­lə­rin hü­qu­qu uğ­run­da mü­ba­hi­sə edir. Mül­kə­da­rın əmi­si, ata­lı­ğı ol­ma­sı be­lə Fər­ha­dın öz sö­zü­nü de­mə­si­nə ma­ne ol­mur. O, hət­ta Ha­cı Sə­məd ağa­ya "Allahlıq et­mə­si­ni" irad tu­tur, ona ha­kim ki­mi hökm oxu­yur: "Nə is­tə­yir bəy bu ya­zıq rəiy­yət­dən?... Nə sə­bə­bə yer sə­nin ol­sun? Niyə bəy öz zəh­mə­ti ilə çö­rək ye­mə­sin?... Ki­fa­yət­dir min il­lər­lə ca­maa­tı əsir edib, öz həm­cin­si­niz in­sa­nın qa­nı­nı sor­du­ğu­nuz! Hər kəs öz hü­qu­qu­nu ta­nı­sa yax­şı­dır. Heç ki­min ix­ti­ya­rı yox­dur ki, desin ki, yer mə­nim­dir. Yer Al­la­hın­dır və hər kəs gə­rək o yer­dən al­dı­ğı mən­fəə­tə özü sa­hib­lik ey­lə­yə!".  

Maa­rif­çi  Əbdülrəhim bəy Haq­ver­di­ye­v Fər­had ob­ra­zı ilə bü­tün ma­arif­çi eti­ka­nın əsas­lan­dı­ğı in­san prob­le­mi­nə də mü­na­si­bət bil­di­rir. Tə­sa­dü­fi de­yil ki, maa­rif­çi eti­ka Les­sin­qin irə­li sür­dü­yü "İn­san qəh­rə­man­dır, qəh­rə­man in­san" – kon­sep­si­ya­sı­nı qə­bul edib, onun ədəbiy­yat­da, sə­nət­də qo­yulu­şu­na və həl­li­nə xü­su­si əhə­miy­yət verir­di.

Əbdülrəhim bəy Haq­ver­di­yev bü­tün maa­rif­çi sə­ləf­lə­ri ki­mi Fər­had obrazının di­li ilə özü­nün bu prob­le­mə, bu dün­ya – cə­miy­yət hadisəsinə mü­na­si­bə­ti­ni mütəmadi olaraq açıqlayırdı.

Fər­ha­dın in­san haq­qın­da dü­şün­cə­si di­gər bir tə­rəf­dən dövrünün əzi­lən, hü­quq­la­rı tap­da­la­nan in­san­la­rının xa­rak­te­rik həyat mən­zə­rəsini ya­rat­ma­sı ba­xı­mın­dan əhə­miy­yət­li­dir. O de­yir:

"Cə­mi in­san bir cild­də dün­ya­ya gə­lib, ha­mı qar­daş­dır... İnsaf­dır­mı, rə­va­dır­mı ki, mən adı­mı bəy qo­yum, əl-aya­ğı­mı yumşal­dım əy­lə­şim, bi­ça­rə rəiy­yət qı­şın so­yu­ğun­da, ya­yın istisində əziy­yət, mə­şəq­qət­lə, əl­lə­ri qa­bar ola-ola iş­lə­yib məhsulunu gə­ti­rib mə­nə ver­sin? Nə haqq ilə­dir bu? Nə ix­ti­yar ilədir bu? Rəiy­yət borc­lu­dur özü ac qa­la, çö­rə­yi­nə ya­van­lıq tapmaya, qa­zan­dı­ğı­nın ya­rı­sı­nı bi­de­hə ve­rə, qa­la­nı­nı da mə­nə? ...Zə­li tək rəiy­yət bə­də­ni­nə ya­pı­şıb rəiy­yə­tin qa­nı­nı so­rur­lar. Bu sifət­lər də Ha­cı Sə­məd ağa tək şəxs­lə­rin si­fət­lə­ri­dir. Mə­nim əqidəm­cə in­san gə­rək öz çö­rə­yi­ni özü qa­za­na, ya elm­lə, ya öz qolu­nun gü­cü ilə".  

Fər­ha­dın son söz­lə­ri də onun maa­rif­çi etik-əxlaqi ide­ya­la­rın­dan xə­bər ve­rir. "Mü­si­bə­ti Fəx­rəd­din" fa­ciə­sin­də Fəx­rəd­din son nə­fəs­də vəsiy­yət edir ki, aç­mış ol­du­ğu mək­tə­bi, xəs­tə­xa­na­nı da­ğıt­ma­sın­lar. Fər­had da öz müa­si­ri ki­mi son nə­fəs­də xal­qını, mil­lə­ti­ni dü­şü­nür. La­kin o, Fəx­rəd­din­dən fərq­li ola­raq zülm aradan gö­tür­ülmə­yin­cə "mək­təb­lərin, xəs­tə­xa­na­la­rın in­san­la­rın in­ki­şa­fı­na kö­mək edə bilməyə­cə­yi­ni ba­şa dü­şdüyü üçün "pər­vər­di­ga­ra, sə­n ö­zün məz­lum­la­rı zalım­la­rın əlin­dən xi­las elə!.."- de­yir.

Fər­had öz və­siy­yə­ti­ni yer­lilər­lə bö­lüş­mür. Çün­ki o, xa­lis maa­rif­çi dü­şün­cə­si ilə zül­mün ara­dan qal­dı­rıl­ma­sı­nı qey­ri-adi bir ha­di­sə he­sab edir. La­kin Fər­had yax­şı an­la­yır ki, zülm ara­dan qaldı­rıl­ma­yın­ca "maa­rif­çi" ideal­lar hə­ya­ta ke­çi­rilə bil­mə­yə­cək­dir.

Əbdülrəhim bəy Haq­ver­di­ye­vin "Bəxt­siz ca­van" fa­ciə­si, xü­su­si­lə də Fər­had ob­ra­zı­nın təh­lil­lə­ri is­ti­qa­mə­tin­də el­mi fi­kir ta­ri­xin­də bir sı­ra qənaət­lər, qiy­mət­lən­dir­mə­lər var­dır. Mə­sə­lən, ədə­biy­yat­şü­nas alim, aka­de­mik Abbas Za­ma­nov fa­ciə­ni təh­lil edər­kən gös­tər­miş­dir ki, " Əbdülrəhim bəy Haq­ver­di­yev "Bəxt­siz ca­van" pye­sin­də "Da­ğı­lan ti­faq"a nisbətən ide­ya cə­hət­dən xey­li irə­li ge­də­rək, mül­kə­dar sin­fi­ni öldürü­cü tən­qid atə­şi­nə tut­muş­dur. O bu əsə­rin­də mül­kə­dar­lı­ğı islah et­mək məq­sə­di­lə de­yil, məhv et­mək məq­sə­di­lə tən­qid et­miş və maa­rif­çi Fər­had su­rə­ti ilə ədə­biy­ya­tı­mı­za de­mok­ra­tik ide­ya­lar gə­tir­miş­dir. Ya­zı­çı­nın ya­ra­dı­cı­lıq in­ki­şa­fın­da bu tə­bii bir hal idi. Çün­ki bu za­man o, öz nə­zə­ri bi­li­yi­ni ar­tır­mış, Ru­si­ya­da­kı demokra­tik hə­rə­kat­la, rus maa­rif­çi­li­yi­nin məf­ku­rə əsas­la­rı ilə yaxın­dan ta­nış ol­muş­du".  

Cəfər Cə­fə­rov da be­lə he­sab edir­di ki, "Klas­sik dramaturgiyamızın bu mər­kə­zi ob­ra­zı, XIX əs­rin ikin­ci ya­rı­sın­da Azər­bay­can­da ic­ti­mai tə­fək­kü­rün in­ki­şa­fın­da olan mü­tə­rəq­qi ən­ənə­lə­ri əks et­dir­miş­dir. Bu ob­raz – təh­kim­çi­lik qu­ru­lu­şu ilə mübari­zə edən, ge­niş küt­lə­lə­rin ma­raq­la­rı­nı qo­ru­yan və Av­ro­pa ilə rus mə­də­niy­yə­ti­ni qız­ğın surət­də təb­liğ edən maa­rif­çi və de­mok­rat ob­raz­dan iba­rət­dir".  

"Bəxt­siz ca­van" fa­ciə­si ic­ti­mai mə­sə­lə­lə­rin həl­lin­dən ar­tıq maa­rif­çi fəlsəfi-etika, həmçinin  dövrü es­te­ti­ka ən­ə­nə­lə­ri­ni, habelə Azər­bay­can maarifçiliyinin ədəbi-nəzəri əsaslarını milli dramaturgi­ya­da da­vam və in­ki­şaf et­di­rən əsər ki­mi diq­qə­ti cəlb edir.

Bu ba­xım­dan "Da­ğı­lan ti­faq" haq­qın­da tən­qi­di mü­la­hi­zə­lə­ri­ni bil­di­rən ədəbiyyatşünas Abbas Za­ma­no­vun "...dra­maturq o za­man ta­ri­xin ic­ti­mai inkişaf qa­nun­la­rı­nı ay­dın dərk edə bil­mə­di­yi üçün Nə­cəf bə­yin tifa­qı­nın da­ğıl­ma­sı­nı sub­yek­tiv bir hal ki­mi təs­vir et­mi­ş­dir. La­kin bu­nun­la be­lə "Da­ğı­lan ti­faq" fa­ciə­sin­də ob­yek­tiv ide­ya müəl­li­fin niy­yə­ti­nin ək­si­dir. Fa­ciə­nin ya­ran­dı­ğı dövr­də mül­kə­dar­lı­ğın çürümə­si pro­se­si ar­tıq baş­la­mış­dı"– fikirləri obyektiv səslənmir.  

Sənətşünaslıq elmləri doktoru Cəfər Cə­fə­ro­vun "Ə.Haq­ver­di­ye­vin Fər­ha­dı da maa­rif­çi­ ideyalarla çı­xış edir, la­kin o da mü­ba­ri­zə­də tək ol­du­ğu üçün məğlub və məhv olur­du". –  tənqidi qənaələ­ri də özü­nü doğ­rult­mur. Belə ki, "Bəxt­siz ca­van" ilk növ­bə­də, es­te­tik hadi­sə­dir, yəni bədii təxəyyülün məhsuludur. "Fər­had" da bu etik ha­di­sə­nin es­te­tik ideal  tipidir. Fa­ciə­də qəh­rə­ma­nın məğ­lu­biy­yə­ti prob­le­mi isə, ümu­miy­yət­lə, mən­ti­qi deyildir. Çünki dram nəzəriyyəsi faciə qəhrəmanının nə özünün, nə də ideyasının məğlub olmasının düşüncəsini tanımır. Dram nəzəriyyəsinə görə qəhrəmanın, xüsusilə, faciə qəhrəmanının cismani ölümü, onun mənəvi ölümsüzlüyünün bariz nümunəsidir .

"Da­ğı­lan ti­faq" fa­ciə­si də maa­rif­çi etik-əxlaqi məqsədlərin təşviqi və təbliği cə­hət­dən olduğu kimi, es­te­tik fəa­liy­yət nü­mu­nə­si –  xarakterik maarifçi fa­ciə jan­rı əsə­ri ki­mi diqqəti cəlb edir.

Maarifçilik dövrünün milli fa­ciə janrında yazılmış dərin məzmunlu "Da­ğı­lan ti­faq" əsərinin konf­lik­ti etik-əxlaqi maarifləndirmə prinsipləri baxımından ma­raq do­ğu­rur. Ta­ri­xən in­san­la­rın həyatına, ta­le­yi­nə ta­nış olan düş­mən­çi­lik, de­mə­li qi­sas, in­ti­qam hissi "Dağı­lan ­ti­faq"ın konf­lik­ti mər­kə­zin­də da­ya­na­raq, güc­lü dra­ma­tik səh­nə­lər­də estetik tərəfdən olduğu kimi, mənəvi-etik tərəfdən də fa­ciə­yə ha­zır­lıq ya­ra­dır.

Fa­ciə baş­la­yar­kən Nə­cəf bəy bu e­tik psi­xo­lo­ji tə­si­rin mənzə­rə­si­ni ya­ra­dır: "Ata­lar mə­sə­li­dir, dün­ya beş gün­dür, be­şi də qa­ra. Bəd­bəxt mən o kə­sə de­yi­rəm ki, bu beş qa­ra gü­nü ləz­zət, damaq­la ke­çi­rib baş go­ra apar­ma­ya".  

Bu ilk mo­no­loq­da fa­ciə­nin əsas qəh­rə­ma­nı Nə­cəf bəy dövrünün, zə­ma­nə­si­nin özü ki­mi var­lı adam­la­rı­nı xa­rak­te­ri­zə edir. Bə­zi­lə­ri­nin pul yı­ğıb var­lan­dıq­la­rı­nı, la­kin heç do­yun­ca yemədiklə­ri­ni də vur­ğu­la­yır. Onun "bi­ri­si gö­rür­sən, sübh­dən axşama­dək qa­rış­qatək ça­lı­şır, vu­ru­şur, pul qa­za­nır, am­ma evi yıxıl­mış öz zəh­mə­ti­nin mey­və­sin­dən kam­yab ol­mur. Pu­lu yı­ğır san­dıq­la­ra, üs­tün­də mi­şo­vul pi­şi­yi kimi ya­tır. Ye­di­yi ­də nə­dir? Ən­cir, so­ğan və pen­dir"  – söz­lə­ri ata və oğul­la­r ara­sın­da­kı mü­na­si­bə­tin kök­lü də­yiş­di­yi ide­ya­sı­nı ifa­də edir.

Mə­sə­lən, o, be­lə dü­şü­nür: "...ata ma­lı oğul uşaq üçün bilmər­rə la­zım de­yil. Oğu­lun yax­şı­sı özü də qa­za­nar, ata­ya möh­tac ol­maz. Oğu­lun pi­si­nə həm­çi­nin ata ma­lı la­zım de­yil. Çün­ki ata­sı ba­şı­nı ye­rə qo­yan ki­mi ha­mı­sını apa­rıb bir az müd­də­tə xərc elə­yib da­ğı­da­caq".  

Nə­cəf bəy həm də be­lə fi­kir­lə­şir ki, pu­lu yığ­maq mə­na­sız işdir. Ye, iç, xərc­lə, ba­ğış­la, "ver ke­fə, ləz­zə­tə; eyş-iş­rə­tə, beş gün qa­ra dün­ya­nın ləz­zə­ti­ni apar, ölən­də də dün­ya­da bir tə­mən­nan qal­ma­sın və beş adam da sə­nə rəh­mət oxu­sun".  

Fa­ciə­nin di­gər qəh­rə­man­ları – Nə­cəf bə­yin dost­la­rı­nın xarakte­r­lə­rin­də də bu cə­hət­lə­ri gör­mək müm­kün­dür. Sə­lim bəy təqdim olu­nur: "onun da key­fi kök­dür. Xey­li pul udub. Nə­cəf bəyin ya­nı­na gə­lib ki, gör­sün "onu da bir xo­ru­za yük­lə­yə bi­lər­mi?". Sə­lim bəy­dən fərq­li ola­raq Nə­cəf bəyin As­lan bəy və Həm­zə bəy ad­lı dost­la­rı onu ba­şa sal­ma­ğa ça­lı­şır­lar ki, ya­şı­nın bu və­də­sin­də qu­ma­rı tər­gid­sin, iba­dət et­sin, na­maz qıl­sın, oruc tut­sun, hət­ta pulu lap çox­dur­sa Mək­kə­yə, zi­ya­rə­tə get­sin.

Ma­raq­lı­dır ki, maa­rif­çi dra­ma­turq qu­ma­rı pe­şə­yə çe­vir­miş Sə­lim bə­yin məmur ol­du­ğu­nu, "pad­şah" qul­lu­ğun­da iş­lə­di­yi­ni xüsu­si­lə vur­ğu­la­yır. Bu­nun­la o anlatmaq is­tə­yir ki, bəy, mül­kədar - mül­kə­dar­dır, fər­qi yox­dur, is­tə­yir mə­mur ol­sun, is­tə­yir Nə­cəf bəy ki­mi kənd­li­lə­ri is­tis­mar edən bəy. Bu tə­bə­qə öz hə­yat tər­zi­n kimi gücün, qüv­vənin, hü­nərin onlara görə nə olduğunu nü­ma­yiş et­dirirlər. 

Bütün bunlar əsərin yazıldığı dövrün mənəvi etik səviyyəsini əks etdirir. Mə­sə­lən, tü­fey­li hə­yat sü­rən mə­mur Sə­lim bəy (Həm­zə bə­yə -X.Q) de­yir: "Söy­lə rə­şa­də­tin­dən, vur­du­ğun­dan, yıx­dı­ğın­dan, hü­nə­rin­dən, pəh­lə­van­lığın­dan. Da­nış gö­rək, sən harada dam ya­rıb, daş çı­xa­rıb­san?".

Əbdülrəhim bəy Haq­ver­di­yev fa­ciə­nin bi­rin­ci məc­li­sin­də za­ma­nın qur­du­ğu "ti­fa­qı"n da­xilini zən­gin hə­ya­ti-rea­list bo­ya­lar, löv­hə­lər­lə işıqlandı­rır. Bu da­xi­lə sa­lı­nan işıq­da Nə­cəf bə­yi va­li­deyn, ata kimi cə­miy­yət üçün fay­da­sız ol­du­ğu gö­rü­nür. O, öz oğ­lu­na tər­bi­yə ver­mə­miş­dir. Oğ­lu­nu haqq-na­haq o qə­dər döy­müş­dür ki, oğul atası­na hör­mə­ti və mə­həb­bə­ti itir­miş­dir. Nə­cəf bəy tər­bi­yə işin­də da­ha cid­di səhv­lə­rə yol ver­miş­dir. Qu­mar­baz ata oğ­lu­nu da bu işə öy­rət­miş, bu­nun­la da onun hə­ya­tı üçün təh­lü­kə­yə yol aç­mış­dır.

As­lan bəy bu­nu ona irad tu­tur. Sə­lim bəy isə ək­si­nə, hərəkətlərinin təbii ha­di­sə ol­du­ğu­nu dü­şü­nür. Sə­lim bəy, ata­lar söz­lə­ri, məsəllərlə "ata qu­mar­baz ol­du, oğul da qu­mar­baz olar" – fik­ri­ni bil­di­rir.

Əbdülrəhim bəy Haq­ver­di­yev iki qüt­bə ay­rıl­mış dü­şün­cə­nin hər iki­sin­dən maa­rif­çi-etik ide­ya­la­rın tə­rən­nü­mü məqsədilə istifadə etməyə ça­lı­şır. Dramaturq mən­fi ob­raz olan Nə­cəf bəy və Sə­lim bə­yin di­lin­dən oğu­lun tər­bi­yə məsə­lə­si­nə mü­na­si­bə­ti real və­ziy­yət və şə­rai­tin mən­ti­qi nəticəsi olduğu ideyasından çıxış edir. La­kin bu ob­raz­lar mən­fi ol­duq­la­rı üçün on­la­rın di­lin­dən səslə­nən fi­kir­lər iro­ni­ya tə­siri ya­ra­dır. Elə Sə­lim bə­yin "Bir ata ki, bi­kar vax­tın­da oğ­lu ilə bir yer­də qu­mar oy­na­ya, onun oğ­lu qumarbaz ol­ma­yıb, müc­tə­hid ki, ol­ma­ya­caq" – söz­lə­ri həm də "kim müc­tə­hid ol­maq is­tə­yir­sə, qu­mar oy­na­ma­ma­lı­dır" – de­məsi, əslində düzgün yolun göstərilməsi etik-tərbiyəvi maarifçiliyini güc­lən­di­rir.

Sə­lim bəy nə qə­dər mən­fi tip ol­sa da dra­ma­turq onun va­si­tə­si ilə maa­rif­çi etik fi­kir­lər irə­li sü­rür. Sə­lim bəy qu­mar­dan ud­du­ğu pul­la Mək­kə­yə get­mə­yi də ha­lal bi­lir: "Xə­sis pu­lu­dur, nə tövr çı­xar­saq, ha­lal­dır: haq­la, na­haq­la, oğur­luq­la, qul­dur­luq­la... ".

Bu­ra­da mül­kə­da­rın if­la­sı mə­sə­lə­si qal­dı­rı­lır. Ey­ni za­man­da, mü­səl­man­lar ara­sın­da ge­niş ya­yıl­mış nə yol­la olur­sa ol­sun, şə­riət qa­nun­la­rı­na ria­yət edil­mə­dən Mək­kə­yə-zi­ya­rə­tə ge­dil­mə­si tən­qid olu­nur. Üçün­cü bir tə­rəf­dən müəllif he­sab edir ki, mül­kə­da­rın pu­lu­nun əlin­dən alın­ma­sı hə­qi­qə­tən də "ha­lal­dır" – hətta onun­la Mək­kə­yə də get­mək olar. Əl­bət­tə, bu kim­lə­rə halaldır, bu mə­sə­lə fa­ciə­li sü­jet xət­tin­də ikin­ci də­rə­cə­li mə­sə­lə ola­raq qa­lır.

Əbdülrəhim bəy Haq­ver­di­yev "Da­ğı­lan ti­faq" fa­ciə­sin­də klas­sik Azər­bay­can da­ra­ma­tur­gi­ya­sın­da öz hü­quq­la­rı haq­qın­da dü­şü­nən qa­dın­lar arasın­da So­na xa­nı­mı qa­dın haq­la­rı­nın tap­dan­ma­sı­na nü­mu­nə, həm də bu­nun fa­ciə­si­ni ya­şa­yan ob­raz ki­mi dol­ğun rea­list plan­da işləmiş­dir.

So­na xa­nım döv­rü­nün bü­tün qa­dın­la­rı­nın ha­lı­nı, və­ziy­yə­ti­ni öz mo­no­loq­la­rın­da, həm­çi­nin də dia­loq­la­rın­da açıq və aydın ifa­də edir. İkin­ci məc­lis So­na xa­nı­mın mo­no­lo­qu ilə baş­la­yır. O, de­yir: "Pərvərdigarım, mə­gər sən öv­rət tay­fa­sı­nı ya­ra­dan­da hey­van yaradıb­san, in­san ya­rat­ma­yıb­san? Mə­gər, öv­rət tay­fa­sı­nı dərd, qəm çək­mə­yə ya­ra­dıb­san? Xu­da­ya nə vax­ta­dək bi­zim di­li­miz bağ­lı olacaq?... Vu­rar­lar səbr elə! Sö­yər­lər, səbr elə! Ma­lı­mız ki­şi­nin, ca­nı­mız ki­şi­nin əlin­də­dir... Əgər məs­lə­hət be­lə­dir, nə üçün bi­zə dil ve­rib­sən, ürək ve­rib­sən?".

Əsər­də maa­rif­çi eti­ka­nın mü­hüm mə­sə­lə­lə­ri əks olu­nur. Əlbət­tə, qu­ma­rın, sə­lə­min və bir çox gü­nah sa­yı­lan iş­lə­rin ge­niş ya­yıl­dı­ğı, ata-öv­lad mü­na­si­bət­lə­ri­nin po­zul­du­ğu, ən in­sa­ni hiss­lər, in­saf (in­saf di­nin ya­rı­sı­dır), mü­rüv­və­tin ara­dan gö­tü­rül­dü­yü, yalanın, hiy­lə­nin hökm sür­dü­yü bir mü­hit­də etik-əx­la­qi mən­zə­rə də bu hü­dud­lar da­xi­lin­də ola­caq­dır. Müəl­lif real və­ziy­yə­tin məntiqi ifa­də­si ki­mi sa­də bir adamın–- İmam­ver­di­nin qı­zı­nı Nə­cəf ­bəyin oğ­lu­nun qa­çı­r­ma­sı ha­di­səsini sü­je­tə da­xil edir.

Nə­cəf bəy baş ver­miş ha­di­sə­dən ha­lı­nı poz­ma­yır. Çün­ki qaçırıl­mış qız sa­də, ka­sıb ai­lə­dən­dir, həm be­lə bir qı­zı o öz ailəsinə ya­raş­dır­ma­yır, ikin­ci tə­rəf­dən bu ha­di­sə­dən na­ra­hat­çı­lıq ke­çir­mir. Nə­cəf bəy de­yir: "Ağa İmam­ver­di, hir­si­ni bas, mən ona qu­laq­bur­ma­sı ve­rə­rəm və sə­nin qı­zın da qa­yı­dar gə­lər evi­nə".  

Gö­rün­dü­yü ki­mi, Nə­cəf bəy üçün na­mus his­si aşa­ğı tə­bə­qə nis­bə­tin­də qüv­və­siz­dir. Yə­ni mü­səl­man milli-mə­nə­vi əsaslarında möh­kəm bir qat təş­kil edən şərəf-ləyaqət (na­mus-qey­rət) mə­sə­lə­si zən­gin­lik-döv­lətlə müqayisədə xey­li zəifdir. Var­lı­lar ka­sıb­la­rın ma­lı, qa­zan­cı ki­mi on­la­rın mənəviy­ya­tı­nı da is­tis­mar edə bi­lər­lər və ya bu qa­ta da tə­ca­vüz istənilən vaxt və istənilən səviyyədə daim müm­kün­, təsadüf olunan bir haldır.

La­kin fa­ciə müəl­li­fi in­cə, həm­çi­nin də çox qüv­vət­li bu mənəviy­yat hadisəsin­dən konf­lik­tin fa­ciə prinsipi­nin həl­lin­də isti­fa­də edir. Be­lə ki, o dağılmaq­da olan və ya da­ğıl­ma­lı olan tifaqa –Nə­cəf bə­yin oğ­lu­nun İmam­ver­di­nin oğ­lu Kə­rəm bəy tərəfin­dən öl­dü­rül­mə­si ilə zər­bə en­di­rir. Bun­dan son­ra Nə­cəf bəyin fi­zi­ki fa­ciə­si­nin yol­la­rı ge­niş­lə­nir. De­mə­li, əx­laq bü­növ­rə­dir, mənə­vi özül­dür. Onun zə­də­lən­mə­si, da­ğıl­ma­sı ilə in­sa­nın mad­di-fizi­ki məh­vi­nə şə­rait ya­ra­nır və nə­ti­cə­də "ti­faq" müt­ləq "dağılmalı" olur. Estetik ideal müstəvisində isə əlbəttə ki, evlər, tifaqlar bir qayda olaraq hüququ anlamda kiçik cəmiyyətin böyük cəmiyyətə transformasiyasını ifadə edir. Yəni dağılan tifaqlar heç də bir ailənin miqyasında deyil, bütöv bir ərazinin insanlarının, həmçinin dominant adət-ənənələrin timsalında dərk edilən keyfiyyətlərdir.

Nə­cəf bə­yin oğ­lu Süleyman gül­lələn­dik­dən, ne­cə de­yər­lər, ba­şı əl­həd da­şı­na dəy­dik­dən son­ra səh­vi­ni ba­şa dü­şür. "Bünövrəyə" zər­bə vur­du­ğu­nu və məhz ora­dan­ da zər­bə al­dı­ğı­nı dərk edir. Onun son söz­lə­ri mənəvi-etik maa­rif­çi­lik ba­xı­mın­dan əhə­miy­yət kəsb edir. Ey­ni za­man­da maa­rif­çi ədə­biy­ya­tın, sə­nə­tin təb­liğ etdiyi ide­ya­nı işıq­lan­dı­rır: "Kül mə­nim ba­şı­ma, ni­yə mən böyüklərin sö­zü­nə bax­ma­dım, tay-tu­şu­mu ta­nı­ma­dım, öz evi­mi yıx­dım".  

Mən­fi ob­raz ol­ma­sı­na bax­ma­ya­raq, Sü­ley­ma­nın sö­z­lər­in­dən uca­lan ide­ya mü­hi­tin də­yi­şil­mə­si, ye­ni­ləş­mə üçün əhə­miy­yət daşıyır. Kim Sü­ley­man ki­mi vaxt­sız öl­mək, yox ol­maq is­tə­mir­sə, heç kə­sin hü­qu­qu­nu tap­dalama­ma­lı­dır, bö­yük sö­zü­nə bax­ma­lı­dır və bu kimi maa­rif­çi dü­şün­cə­lə­rlə yaşama­lı­dır.

Oxu­cu­su­nun, ta­ma­şa­çı­sı­nın hə­lə be­lə sö­zal­tı mət­ləb­lə­ri "tu­ta" bil­mə­yə­cə­yi­ni yax­şı ba­şa dü­şən maa­rif­çi-dra­ma­turq şə­hər əh­lin­dən olan Əb­dü­lün di­lin­dən döv­rün geri­li­yin­də mü­səl­man fa­na­tiz­min­də üzən həm­və­tən­lə­ri­nə, on­la­rın ye­nə az-çox da ol­sa ba­şa dü­şə­cək­lə­ri, qə­bul edə­cək­lə­ri va­si­tə­lər­lə an­la­dır ki, "Al­lah heç kə­si qu­ma­ra müb­tə­la elə­mə­sin. Xu­da­vən­di-aləm hət­ta öz Qur­a­ni-şə­ri­fin­də qu­ma­rı şey­tan əmə­li bu­yu­rub­dur. Əl­bət­tə, şey­tan əmə­li­nə qur­şa­nan gə­rək axır­da be­lə ol­sun" .

Nə­cəf bəy də fi­nal­da ay­dın şə­kil­də bu ide­ya­nı güc­lən­di­rir: "Mə­nim axı­rım gə­rək be­lə olay­dı. O adam­lar ki, mə­nəm-mə­nəm de­di­lər, ha­mı­sı­nın axı­rı be­lə ol­du...".  

 Əbdülrəhim bəy Haq­ver­di­yev öz fa­ciə qəh­rə­ma­nı­nın mə­nə­vi ölü­mü­nü əv­vəl his­si şə­kil­də, son­ra isə rea­list for­mada can­lan­dı­rır. İlk dia­loq­da o özü­nün bəd­bəxt ol­du­ğu­nu, de­mə­li fa­ciə ya­şa­dı­ğı­nı gös­tə­rir. Finalda isə bir sə­nət­kar ola­raq o, qəh­rə­ma­nın həyatında bu iki məz­mu­nu bir­ləş­di­rir və onu özünün etik-es­te­tik idea­lı­nı çox gö­zəl əks etdi­rən "qə­za­vü-qə­dər" tra­gedi­ya­la­rı­nın mən­ti­qi ölüm yolsuzluğunda "öldürür".

Nə­cəf bəy on­suz da ölür­dü. Da­ha doğ­ru­su o, cis­mən ar­tıq ölmüş­dü. Bir­cə nə­fə­si qal­mış­dı. La­kin "çıx­ma­yan ca­na ümid çoxdur"...  Əbdülrəhim bəy Haq­ver­di­yev bü­tün xalqların maa­rif­çi eti­ka­sının hər şe­yi yenidən, kök­dən baş­la­maq prin­si­pi ilə dövr­lə­rin sivi­li­za­si­ya xəttinin lap baş­lan­cı­ğı­nda dayanan - an­tik döv­r ədə­biy­ya­tı, sə­nə­ti ən­ənələri­nə əsas­lan­maq kimi ümumbəşəri xü­su­siy­yə­tin­dən çı­xış edərək Nə­cəf bə­yi, qəh­rə­ma­nı­nı ça­xan il­dırı­mın – "qə­za­vü-qədərin" qur­ba­nı edir. İldırım çaxması təbiət hadisəsinin özü də silkələnmə, partlayış məzmunu daşıdığı üçün yenə dramaturqun estetik vasitə ilə yetirmək istədiyi maarifçi etik fikirləri gücləndirir.

Bu "qə­za­vü-qə­dər" bə­dii tə­xəy­yül ola­raq “Nə­cəf bəy­”lə­rin təmsil et­dik­lə­ri tə­bə­qə­nin, cəmiy­yə­tin bu sil­ki­nin üz­lə­şə­cə­yi, "Allah bi­lir" fik­ri­ni də güc­lən­di­rir. Məhz bu­nun özü  Əbdülrəhim bəy Haqverdiye­vin maa­rif­çi etik-es­te­tik idea­lı­nın fə­za­sın­da qey­ri-müəyyən son­luq ideya­sı­na tu­tar­lı izah­dır. Həmçinin, Nəcəf bəyin aid olduğu cəmiyyətin intellektual vəziyyəti məhz bu formanı anlamaq gücündədir.

Əbdülrəhim bəy Haq­ver­di­ye­vin "Pə­ri Ca­du" əsə­ri də maa­rif­çi­lik döv­rü ədə­bi fik­rinin xa­rak­te­rik nü­mu­nə­si­dir. Təd­qi­qat­çı­lar ək­sə­rən, "Pə­ri Ca­du"nun təh­lil­ində mü­cər­rəd, rəm­zi əla­mət­lə­ri qeyd edir, rea­liz­mi əsas gö­tü­rə­rək, fa­ciə­nin müsbət əhə­miy­yə­ti­ni "tən­qid"dən öz­lə­ri­ni xi­las edir, məsə­lən, "Mü­cər­rəd fəl­sə­fi ide­ya real hə­yat səh­nə­lə­ri­nin içə­ri­sin­də əri­yib yo­xa çı­xır və nə­ti­cə e­ti­ba­rı ilə öz tə­si­ri­ni iti­rir“, – kimi qiymətləndirirlər.  

Fik­ri­miz­cə, fa­ciə­nin əhə­miy­yə­ti­nin bu şə­kil­də qiymətləndirilməsielmi-obyektivliyə əsaslanmır. Ona gö­rə ki, bu əsər real­lıq­da mövcud olan, döv­rün in­san­la­rının şüu­ru­na, var­lığı­na, hət­ta mə­ca­zi mə­na­da "ilik­lə­ri­nə" qə­dər iş­lə­miş di­ni möv­hu­ma­tın – "ca­du"nun törət­di­yi fa­ciə­lə­ri təsvir et­mək­lə maa­rif­çi e­ti­ka­nın tə­si­ri­ni, onun Azər­bay­can mil­li ədə­biy­yatın­da məzmun və mahiyyətini ifadə edir.

Pə­ri xa­nım ad­lı bir qa­dın əri­nin xə­ya­nə­tin­dən son­ra qi­sas fikri­nə dü­şür. Dər­viş, "Al­lah ada­mı" onun ya­nı­na gə­lir. Ba­şa sa­lır ki, “… bu fik­rin­dən da­şın­sın, qi­sas bir şər əməl­dir. Zülm həm­çi­nin şər əməl­dir. Zülm edən dün­ya­da bir şər tö­rə­dir, on­dan qi­sas alan da bir şər tö­rə­dir, dün­ya­da iki şərin tö­rə­mə­si­nə sə­bəb olur”. Pə­ri xa­nım dər­vi­şin söz­lə­ri­nə qu­laq asıb bu fik­rin­dən əl çək­mək is­tə­sə də, için­də de­di­yi­miz ki­mi "ilik­lə­ri­nə" be­lə iş­lə­miş qi­sasa kö­mək edə­cək "ca­du-əməl" mik­rob­la­rı onu ra­hat qoy­ma­yır və o, ib­li­si, "ib­li­sin qo­şun­la­rı­nı" kö­mə­yə ça­ğı­rır. Həm də Pə­ri xa­nı­mın qi­sa­sı bü­tün "ki­şi tay­fa­sı­na" tuşlan­mış­dır. Bu tay­fa əs­lin­də Şa­ma­ma ca­du de­miş, "nə de­sən bir sö­zü­nə iki ca­vab ve­rə­cək, mül­ki­ni apa­rıb qu­ma­ra udu­zub ça­xı­ra ve­rə­cək, özü­nə aş­na tu­ta­caq" - elə məhv ol­ma­ğa la­yiq­dir.

Yu­xa­rı­da da qeyd et­di­yi­miz ki­mi, Əbdülrəhim bəy Haq­ver­di­ye­vin "Pə­ri Cadu" əsə­ri Me­ter­lin­qin "Abı quş" əsə­ri­nin ide­ya­sı­na uy­ğun­dur. Əbdülrəhim bəy Haq­ver­di­yev öz tər­cü­me­yi-ha­lın­da bu ba­rə­də mə­lu­mat ver­miş­dir. La­kin dra­ma­turq onu da gös­tər­miş­dir ki, o bu əsə­ri "Abı quş"dan yeddi il əv­vəl yaz­mış­dır.

Bu fakt da təs­diq edir ki, "Pə­ri Ca­du" döv­rün maa­rif­çi ideyala­rı­nı maa­rif­çi e­ti­ka­ va­si­tə­si­lə doğ­ru və dol­ğun əks etdirən əsər ol­muş­dur. Ca­du, əməl, möv­hu­mat – bü­tün­lük­də or­ta əsr­lər sxo­las­ti­ka­sı­nın tən­qi­di dün­ya maa­rif­çi e­ti­ka­sı­nın apa­rı­cı tənqid ide­ya­sı ol­ma­sı ba­xı­mın­dan "Pə­ri Ca­du" və "Abı quş"un ideyalarının qo­hum­lu­ğu təəc­cüb­lü gö­rün­mür.

"Pə­ri Ca­du" fa­ciə­sin­də rus maa­rif­çi ədə­biy­ya­tının etik ən­ə­nə­lə­ri də özünü gös­tə­rir. Be­lə ki, İ.Q.Qon­ça­ro­vun "Ob­lo­mov" əsə­rin­də yolçu­lar ba­taq­lı­ğa dü­şüb qa­lır­lar. Bu­ra­da on­la­rı ilan­lar, vəh­şi heyvan­lar qor­xu­dur. "Pə­ri Ca­du"da Qur­ban da be­lə bir və­ziy­yət­lə üz­lə­şir. Şa­ma­ma Ca­du onu to­ra sa­lır və o, təl­xək de­di­yi ki­mi "gələn qa­yıt­maz" bir ye­rə dü­şür. O, hə­yat­la ölüm ara­sın­da qa­lır.

Dra­ma­tur­qun "Pə­ri Ca­du" ilə irəli sürdüyü maa­rif­çi-etik ideyalar­dan bi­ri də bu­dur ki, Pə­ri xa­nım "Pə­ri Ca­du" ola bil­di­yi ki­mi, Şa­ma­ma Ca­du da Zər­ni­gar ola bi­lir. Zər­ni­gar "ca­du­lar" isə mövhu­mat­çı mü­səl­man­lar ara­sın­da çox­dur. On­lar yüz ad­lı "cadu-əməl" hə­rə­kət­lər ilə in­san­la­rın ət­ra­fın­da do­lan­maq­da­dır­lar. Avam adam­lar hər ad­dım­ ba­şı on­la­rın hiy­lə­si­nə a­lda­nır, hət­ta onun qurba­nı olur­lar.

Nə fər­qi var­dır, Qur­ban bir əmə­lin va­si­tə­si­lə ai­lə­si­ni, körpəsi­ni atıb var­lı bir qa­dı­nın dalın­ca get­sin, ya var-döv­lət xülya­la­rı­na uya­raq bu yo­lu seç­sin. İn­sa­nın ağ­lı olar­sa, o, şüur­lu olar­sa, müt­ləq düz­gün yo­lu se­çə­cək­dir.

Maa­rif­çi es­te­ti­ka ağıl, tərəqqi əs­ri­nin tə­lə­bi ola­raq mənəvi tərbiyəni, maa­ri­fi, maa­rif­lən­mə­ni tə­rən­nüm edir, is­tər müs­bət, is­tər mən­fi ha­di­sə və ya ob­raz­la­rın müsbət məzmununda dövrün mənəvi əsaslarını gücləndirirdi.

Fi­nal­da Qur­ba­nı Pə­ri Ca­du­nun de­yil, Şa­ma­ma Ca­du­nun öldürmə­si zən­gin bə­dii tə­xəy­yü­lü və ey­ni za­man­da mən­ti­qi ümumiləş­dir­mə­ni ifa­də edir. Bu­ra­dan be­lə bir nə­ti­cə əl­də edi­lir ki, Qur­ba­nı "ca­du", ib­li­sin yer ada­mı formasında olan, yə­ni real­lı­ğa bağ­lı Pəri xa­nı­ma – son­ra­dan Pə­ri Ca­du ol­muş qa­dı­na qul­luq­çu tə­yin olun­muş Şamama Ca­du fi­zi­ki və mə­nə­vi mə­na­da məhv edir. Əgər o bu təsirlə­rə uy­ma­say­dı, heç fa­ciə də baş ver­məz­di.

Bu­nun­la da, dra­ma­turq kütləni – öz oxu­cu və ta­ma­şa­çı­la­rı­nı şər qüv­və­lər­dən, şər əməl­lər­ kimi zərərli əxlaq keyfiyyətlərindən xilas ol­ma­ğa çağırır. Sə­bir­li olmağı, Al­la­hı, de­mə­li haqqı ta­nı­ma­ğı töv­si­yə edir. Əsər­dən ucalan ən qiy­mət­li fi­kir isə, əl­bət­tə köh­nə dü­şün­cə­lər­dən ay­rı­lıb ye­ni hə­ya­ta baş­la­maq­dır.

"Pə­ri Ca­du" əsəri klas­sik fa­ciə səl­na­mə­sin­də fa­bu­la baxımından mü­kəm­məl he­sab olun­ma­sa da, öz məz­mu­nu, təb­liğ etdi­yi fəlsəfi-etik ide­ya­lar ba­xı­mın­dan qiy­mət­li bir maa­rif­çilik əsər­dir.

Biz bu­ra­da ədi­bin "Bəxt­siz ca­van", "Da­ğı­lan ti­faq", "Pə­ri Cadu" ki­mi ən qiy­mət­li əsər­lə­ri üzə­rin­də da­ya­na­raq Ə.Haqverdiyevin ya­ra­dı­cı­lı­ğı­nın da­ha başqa no­va­tor maarifçi-etik cə­hət­lə­ri­ni və məramını təh­lil etmə­yi məq­sə­dəuy­ğun he­sab etdik.

Əbdülrəhim bəy Haq­ver­di­ye­v "Ağa Mə­həm­məd şah Qa­car" əsə­rin­də və habe­lə, ko­me­di­ya­la­rın­da da maa­rif­çi əxlaq prin­sip­lə­rin­dən çı­xış et­miş, bu dövr ədəbi-tənqidi fik­ri­nin ən qa­baq­cıl ümumbəşəri etik ən­ə­nə­lə­ri­ni öz əsər­lə­rin­də da­vam və in­ki­şaf et­dir­miş­dir.

“Əbdülrəhim bəy Haqverdiyev yaradıcılığında modernizmin fəlsəfi-etik aktorları  Gənc adam”  konsepsiyası” məqaləsini yekunlaşdırarkən ədə­biy­yat­şü­nas-alim Təhsin Mü­təl­li­bov XIX əsr Azər­bay­can maa­rif­çi­lə­rin­dən Ə.Haq­ver­di­ye­və həsr et­di­yi "Ə.Haq­ver­di­ye­vin poe­ti­ka­sı" mo­noq­ra­fi­ya­sın­da vurğuladığı dəyərli bir ideyanı qeyd etməyi məqsədəuyğun  hesab edirik. Belə ki, alim mil­li zə­min­də ya­ran­mış maa­rif­çi­li­yin nü­ma­yən­də­lə­ri­ni "bir ovuc" zi­ya­lı ad­lan­dı­rır, la­kin on­la­rın fəaliyyə­ti­ni qüv­və­si, gü­cü etibarilə tükənməz hesab edir, bu “bir ovuc” ziyalının etik-əxlaqi və estetik idealını onların maarifçi görüşlərinin aydın ifadəsi olan “Söz” me­ya­rı ilə öl­çüb, də­yər­lən­di­rir­. Onun qə­naə­ti­nə gö­rə, "Söz isə fi­kir idi, ideal idi! Bu söz xal­qın qəl­bi­nə və zeh­ni­nə yol ta­pa­caq, ona möv­cud və­ziy­yə­tin dö­zül­məz­li­yi­ni bütün dəh­şə­ti ilə dərk et­di­rə­cək və ayıl­da­caq ən kə­sər­li bir va­si­tə idi".  

Beləliklə, Azərbaycanın Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi peşəkar maarifçiləri sırasında Əbdülrəhim bəy Haqverdiyev də maarifçilik dövrü dünya mədəniyyət proqramına cavab vermiş, bununla  həm öz xalqının tərəqqi işində iştirak etmiş, həm də Azərbaycan gerçəkliyində milli təfəkkür tariximizdə maarifçilik fəlsəfəsinin modern fəlsəfi-etik aktorlarını,  o cümlədən qəhrəmanlıq mahiyyətində qəbul edilən “Gənc adam” konsepsiyasını novatorluqla inkişaf etdirmişdir.  Bu baxımdan XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri tarixi mərhələsində Azərbaycanda cərəyan etmiş maarifçilik hərəkatı nümayəndələrindən biri – bu il 150 illik yubileyi qeyd olunan Əbdülrəhim bəy Haqverdiyevin yaratdığı unikal ədəbi-ictimai irs fenomen səciyyəsi ilə elmi fikir tariximizin yeni-yeni aktual mövzulu, müasirlik dolu tədqiqat əsərləri ilə zənginləşməsini şərtləndirir.

Xatirə Quliyeva, AMEA-nın Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: