Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunun magistrantları "Molekulyar genetika" və "Populyasiya genetikası" fənlərindən imtahan veriblər
07.07.2020 11:06
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun magistrantları "Molekulyar genetika" və "Populyasiya genetikası" fənlərindən imtahan veriblər

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda yay imtahan sessiyası onlayn davam edir.

İyulun 6-da "Aqronomluq" və "Biologiya" ixtisasları üzrə təhsil alan birinci kurs magistrantlar “Zoom” proqramı vasitəsilə "Molekulyar genetika" və "Populyasiya genetikası" fənlərindən imtahan veriblər.

İmtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

Qeyd edək ki, elmi müəssisənin birinci kurs üzrə beş magistrantı "Bitkilərin mühafizəsi", "Bitki seleksiyası", "İnsan genetikası" və "Genetika" ixtisaslaşması üzrə təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: