Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-qaz sənayesində böyük verilənlərin emalı üçün yeni arxitektur təklif edilib
07.07.2020 14:05
  • A-
  • A
  • A+

Neft-qaz sənayesində böyük verilənlərin emalı üçün yeni arxitektur təklif edilib

İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, müəssisənin şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və doktorant Şəlalə Tahirzadənin həmmüəllif olduqları məqalə “Hyperconnectivity and the Internet of Things” jurnalında dərc olunub. Bu jurnal “IGI Global” beynəlxalq nəşriyyatına məxsusdur.

“Neft-qaz sənayesində böyük ölçülü Əşyaların interneti verilənlərinin analitikası üçün arxiktektur” (“An Architecture for Big IoT Data Analytics in the Oil and Gas Industry”) adlı məqalədə çoxsəviyyəli analiz arxitekturu təklif edilib. Həmçinin sənayenin müvafiq sahəsində istehsal proseslərinin keyfiyyətinin yaxşılaşdırılması üçün Əşyaların interneti texnologiyaları və onun tətbiqi məsələləri araşdırılıb.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: