Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunun I kurs magistrantlarının onlayn imtahanları davam edir
07.07.2020 14:50
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun I kurs magistrantlarının onlayn imtahanları davam edir

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun I kurs magistrantlarının yay imtahan sessiyası onlayn davam etdirilir.

Bu gün magistrantlar “Neft kimyası” ixtisaslaşması üzrə “Neft və qazın kompleks emalının elmi əsasları”, “Nanomateriallar kimyası” ixtisaslaşması üzrə “Neft kimyası”, “Ətraf mühit kimyası” ixtisaslaşması üzrə isə “Neft emalı və neft sənayesinin ekoloji parametrləri” fənlərindən imtahan veriblər.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar "Zoom" platforması üzərindən onlayn təşkil olunub. Magistrantlar yüksək nəticə əldə ediblər.

Qeyd edək ki, imtahanlar 13 iyul tarixində yekunlaşacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: