Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biofizika İnstitutunun əməkdaşlarının COVID-19-a dair araşdırmaları TƏBİB-in müalicə protokoluna daxil edilib
08.07.2020 15:07
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun əməkdaşlarının COVID-19-a dair araşdırmaları TƏBİB-in müalicə protokoluna daxil edilib

AMEA-nın Biofizika İnstitutunun əməkdaşları - prof. Tokay Hüseynov və b.ü.f.d. Ruhiyyə Quliyevanın ətraf mühit amillərindən birinin (Selenium statusu) COVID-19 genomunun bir hissəsi olan HİV/AİDS-in inkişafına və patogenliyinə təsiri barədə mövcud tədqiqatlar əsasında apardıqları araşdırmaları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə protokoluna daxil edilib.

COVID-19 virusu ilə mübarizə metodlarının axtarışına yönəldilmiş tədqiqatların nəticələri göstərib ki, kimyəvi elementlərdən biri olan Selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılmış virus xəstəliklərinin inkişafına səbəb ola bilər.

Araşdırmalar zamanı məlum olub ki, COVID-19 virusuna qarşı həssaslıq və onun fəsadları orqanizmin Selenlə təmin olunma dərəcəsindən ciddi şəkildə asılıdır. Natrium selenitin özü isə bu xəstəliyin müalicəsi zamanı səmərəli nəticə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: