Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Rusiyanın “МИР-24” televiziya kanalında AMEA-nın 75 illiyi ilə bağlı xüsusi reportaj yayımlanıb
09.07.2020 11:28
  • A-
  • A
  • A+

Rusiyanın “МИР-24” televiziya kanalında AMEA-nın 75 illiyi ilə bağlı xüsusi reportaj yayımlanıb

Rusiyanın “МИР-24” televiziya kanalında “Günəş Şərqdən parlayır: “Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyi” adlı xüsusi reportaj yayımlanıb.

Reportajda AMEA-nın yaranma tarixi və keçdiyi inkişaf yolundan bəhs olunub, ölkədə elmin inkişafının uğurla həyata keçirilməsində dövlət proqramlarının rolundan danışılıb. Eləcə də elmin prioritet istiqamətləri kimi müəyyən olunan fizika, kimya, neft və neft kimyası ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verilib.

Bununla yanaşı, AMEA-da saxlanılan nadir əlyazmalar və onların restavrasiyası ilə bağlı görülən işlər, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan astronomik tədqiqatlar diqqətə çatdırılıb.

Videoreportajı buradan izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: