Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.2020 13:41
  • A-
  • A
  • A+

“Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur

Almaniyanın “Lambert” nəşriyyatı filologiya elmləri doktoru İslam Sadığın “Şumer və türk dastanları” kitabını Avropa xalqlarının səkkiz dilində – ingilis, fransız, alman, italyan, ispan, danimarka, polyak, portuqal və rus dillərində nəşr etdirir.

Azərbaycanda şumerşünaslığın bir elm kimi yaradılıb formalaşmasında böyük əməyi olan İslam Sadığın “Şumer və türk dastanları” kitabında onun bu sahədəki araşdırmalarının az bir qismi toplanılıb. Nəşrdə əsasən Şumer və türk dastanları müqayisəli şəkildə araşdırılıb, çoxlu sayda oxşar və eyni motivlər üzə çıxarılıb.

Şumer və türk dastanlarının müqayisəli təhlilinə həsr edilmiş ilk sanballı tədqiqat işi olan bu monoqrafiyanın Avropada 8 dildə nəşr olunması Azərbaycan elminin və bütövlükdə türkologiyanın uğurudur.

Qeyd edək ki, İ.Sadığın “Şumer və türk dastanları” kitabı ötən il Türkiyədə nəşr olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: