Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MBBİ-nin şöbə müdiri “ATV” kanalına müsahibə verib
13.07.2020 10:38
  • A-
  • A
  • A+

MBBİ-nin şöbə müdiri “ATV” kanalına müsahibə verib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) aparıcı elmi işçisi, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova “ATV Qərargah” verilişinə müsahibə verib.

COVID-19 infeksiyasının gələcək nəsillərə təsirindən danışan alim bu cür infeksiyaların insan genomuna inteqrasiyasının artıq sübut edildiyini bildirib. S.Rüstəmova qeyd edib ki, bu infeksiya insan genetikasına təsir göstərməsə də, istənilən infeksiyalı xəstəlik onun epigenetikasına – genetik yaddaşına mütləq təsir edir. "Əsas genetik kodlar bu sistem vasitəsilə gələcək nəsillərə ötürülür", - deyə alim əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: