Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların imtahanları onlayn aparılır
13.07.2020 11:24
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda magistrantların imtahanları onlayn aparılır

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun I kurs magistrantlarının yay imtahan sessiyası onlayn davam edir.

İnstitutun “Torpaqşünaslıq” ixtisası üzrə magistrantı Fəridə Süleymanova yay imtahan sessiyasında “Torpaqların morfologiyası, genezisi və təsnifatı” fənnindən imtahan verib.

Fənn müəllimi a.e.ü.f.d. Fikrət Feyziyevin apardığı imtahan prosesini institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Təhsil şöbəsinin müdiri, c.ü.f.d., dosent Fərrux Xəlilov onlayn izləyiblər.

İmtahanda magistrant yaxşı nəticə əldə edib və yüksək balla qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: