Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan qlobal çağırışlara qısa zamanda uyğunlaşmağı bacardı
17.07.2020 10:28
  • A-
  • A
  • A+

Azərbaycan qlobal çağırışlara qısa zamanda uyğunlaşmağı bacardı

Bu gün Azərbaycanın qazandığı bütün uğurların səbəbi Prezident İlham Əliyevin çevik, praqmatik və milli maraqlara əsaslanan siyasətidir. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı dövrdə Azərbaycan Prezidenti nəinki ölkəmizin, həmçinin dövlətimizin sədrlik etdiyi və ya aparıcı üzvü olduğu təşkilatların da pandemiya və post-pandemiya dövrünün yeni çağırışlarına cavab verməsinə çalışır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə BMT Baş katibinə müraciəti və müraciətin qısa müddətdə dünyanın əksər dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin dünya siyasətində artan rolunun göstəricisi hesab edilə bilər. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edən dövlət başçısının bir daha Ermənistanın Baş Nazirinin pozucu mövqeyini, bu ölkənin işğalçı və terror mahiyyətini ifşa etməsi mühüm hadisələrdən biri olmuşdur. 

Azərbaycanda qısa zamanda pandemiya ilə əlaqədar idarəçilik mexanizmi formalaşdırılmış, yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi müəssisələrin qorunması üçün vəsaitlər ayrılmışdır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda iqtidar-xalq, xalq-iqtidar birliyinin əvəzolunmaz inkişaf formulası olduğunu fəaliyyəti ilə sübut etmişdir. Azərbaycan dövlətinin pandemiyanın yaratdığı böhranlı şəraitdə yürütdüyü çevik siyasət ölkənin yeni dövrün çağırışlarına qısa zamanda uyğunlaşmasına imkan vermişdir.

Elnur Kəlbizadə, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: