Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Nəbatat Bağının əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
17.07.2020 13:42
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadənin “Şirvanın səhra bitkiliyi (Azərbaycan)” adlı məqaləsi “Bulletin of Science and Practice” jurnalında dərc olunub.

Məqalədə Azərbaycanın Şirvan zonasının Aran hissəsinin səhra bitkiliyi təhlil edilib. Tədqiqatlar nəticəsində Şirvan zonasında səhra bitkiliyinin zonal xarakterli olduğu və 2 formasiya sinfi, 6 formasiya və 19 assosiasiyadan ibarət olduğu müəyyən edilib.

Qeyd edək ki, “Bulletin of Science and Practice”  jurnalı “РИНЦ” və “Agrees” bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: