Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb
20.07.2020 11:38
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2020-ci il üçün 2-ci nömrəsi çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, 2-ci sayda türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. Nəşrin bu nömrəsində amerikalı altayşünas Denis Sinorun “Ural-Altay əlaqələri problemi” araşdırması, Kamilə Vəliyeva və Gülnara Cəfərovanın “Maşın tərcüməsində sözün semantik təhlili”, Mehman Abdullayevin “Xanlıqlar dövründə Azərbaycanda ali zümrə nümayəndələrinin sayı (Quba, İrəvan və Naxçıvan xanlıqlarına aid məlumatlar əsasında)” adlı məqalələri yer alıb.

Yeni sayın Klassik irs, Dilçilik, Ədəbiyyat və folklor, Tarix və etnoqrafiya, Mədəniyyət və incəsənət, Müzakirə və diskussiya, Türkoloji mərkəzlər rubrikalarında ABŞ, Qazaxıstan, Türkiyə, Bolqarıstan, Özbəkistan və Rusiyanın elmi mərkəzlərinin əməkdaşlarının sanballı elmi araşdırmaları dərc edilib.

Xatırladaq ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: