Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Koronavirus pandemiyası dövründə karantin qaydalarına ciddi riayət etməliyik
28.07.2020 11:48
  • A-
  • A
  • A+

Koronavirus pandemiyası dövründə karantin qaydalarına ciddi riayət etməliyik

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində pandemiya tam nəzarətə alınaraq koronavirusun törədə biləcəyi ağır fəsadların qarşısı alındı. Nəticədə dünya ölkələri ilə müqayisədə yoluxma və ölüm halları minimuma endirildi.

Fədakar həkimlərimiz aylardır gecə-gündüz demədən, istirahət etmədən işləyir, saatlarla xüsusi geyimdə olurlar. Tibbi geyimlərdə saatlarla qalmaq nə qədər çətin olsa da, onlar yenə də yorulmadan çalışır, COVID-19-la mübarizə aparır, insanların sağlamlığının keşiyində dururlar. 

Çox sevindirici haldır ki, dövlət xəstələrimizə sahib çıxır, onların müayinəsini və müalicəsini öz öhdəsinə götürür.

Ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizdə koronavirus xəstələrinin tam dövlət hesabına müalicə aldıqları barədə demişdir: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Karantin rejiminin tətbiq edildiyi bu günlərdə məsuliyyətli olmağımız hazırkı dövrümüzün ən zəruri tələbidir. İlk əvvəl özümüzü və yaxınlarımızı qorumalı, təlimatlandırmalı və profilaktik tədbirlər görməliyik.

Unutmamalıyıq ki, bu virusdan heç kəs sığortalanmayıb.

Fərid Mustafayev, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: