www.science.az
28.07.2020 12:16

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə onlayn görüş keçirilib

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə aid elmi müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə növbəti onlayn görüş keçirilib.

Görüş zamanı bölmələrin elmi müəssisələri tərəfindən son aylar ərzində beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş nəticələr müzakirə edilib.

Tədbirdə, həmçinin Azərbaycanın zəngin ədəbiyyat və mədəniyyət irsinin, tarixi həqiqətlər üzrə elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədilə AMEA alimləri tərəfindən müxtəlif dillərdə müvafiq elm sahələri üzrə dərc edilmiş nəşrlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmi müəssisələrin mütəxəssisləri bu istiqamətdə əsaslı və əhəmiyyətli təkliflər irəli sürüb, o cümlədən gələcək fəaliyyət planlarını müzakirə ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.