Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənistanın törətdiyi təxribat və zorakılıq xalqımızın mübarizə əzmini sarsıda bilməz
30.07.2020 11:54
  • A-
  • A
  • A+

Ermənistanın törətdiyi təxribat və zorakılıq xalqımızın mübarizə əzmini sarsıda bilməz

Son əsrlərdə Cənubi Qafqazda cərəyan edən siyasi prosesləri təhlil etdikdə, görürük ki, etnik zəmində, əsasən türklərlə bağlı münasibətdə ermənilərin siyasi ambisiyalarında qeyri-sivil davranışlar, məkrli və təxribat dolu siyasi manevrlər tarixin hər dönəmində özünü açıq biruzə verir. Təkcə ötən əsrin 1905, 1918 və 1992-ci illərində ermənilərin azərbaycanlılara qarşı Bakı, İrəvan, Tiflis, Xocalı daxil olmaqla, ümumilikdə Zaqafqaziya coğrafi-siyasi bölgəsində törətdiyi soyqırımları xalqımızın qan yaddaşına həkk olunub.

Ötən əsrin 90-cı illərində, artıq amansız və qəsbkar düşəmənimiz kimi tanıdığımız ermənilər Dağlıq Qarabağ və ona qonşu olan daha 7 rayonu işğal etməklə, özlərinin təcavüz və təxribat motivli hərbi və siyası ənənələrinə qarşı dönməz əqidənin daşıyıcıları olduqlarını bizə bir daha xatrlatmış oldular.

Bu il iyulun 12-dən başlayaraq tarixi düşmənlərimizin Tovuz rayonu istiqamətində, dövlət sərhədimiz boyunca hərbi təcavüz etməsi dünyanın siyasi arenasında bir sıra ölkələr və təsisatlar tərəfindən Ermənistanın işğalçı və təxribatçı ölkə kimi tanınması üçün yeni dəlillər formalaşdırdı.

Hazırlıqlı və güclü ordumuzun təxribatçı Ermənistanın həmlələrinə qarşı həyata keçirdiyi növbəti uğurlu hərbi əməliyyatlarını, eyni zamanda, on minlərlə vətəndaşımızın paytaxt Bakıda ordumuza dəstək nümayişini, erməni təcavüzünə qarşı soydaşlarımızın ölkəmizin sərhədlərindən xeyli uzaqlarda dinc aksiyalarını görən düşmənlərimiz Azərbaycanda xalq-iqtidar birliyini, xalqımızın mübarizə əzmini heç cür sarsıda bilməyəcəkləri həqiqətini bir daha dərk etdilər.

Hərbi və qlobal siyasi arenada bütün məkrli əməlləri ifşa edilmiş, habelə Azərbaycan Ordusunun və xalqının mübarizə əzmindən təşvişə düşən düşmən özünün növbəti təxribat xarakterli qeyri-insani siyasi manevrini də həyata keçirməklə, bu dəfə ABŞ-da, Rusiyada, Belçikada və Avropanın digər ölkələrində dinc azərbaycanlı soydaşlarımızı hədəfə aldı. Həmvətənlərimizə qarşı zorakılıq təşəbbüsləri, öldürücü məqsədli həmlələr çarəsiz Ermənistan hakimiyyətinin siyasi gediş baxımından son çırpıntıları idi. Cəbhədə və ondan min kilometrlərlə uzaqda törədilən iğtişaşlar işğalçı və təxribatçı kimi siyasi imic formalaşdıran ermənilərin mütləq məğlubiyyətini şərtləndirən hadisələr kimi dünya ictimaiyyətinin yaddaşına həkk olundu, mütləq qələbəmiz üçün yeni stimul yaratdı.

Əminə Mikayılova, AMEA Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: