Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Rusiya və Ukraynada beynəlxalq konfranslarda iştirak edib
20.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Rusiya və Ukraynada beynəlxalq konfranslarda iştirak edib

AMEA Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Tərbiz ƏliyevRusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Alim Moskva şəhərində Beynəlxalq Elmi Texniki İnnovasiya Mərkəzinin (BETİM) mənzil qərargahında iştirakçı dövlətlərin Səlahiyyətli Nümayəndələri Komitəsinin 65-ci iclasında Azərbaycanı təmsil edib və “Elmi-texniki innovasiya: milli təcrübə və beynəlxalq əməkdaşlıq” adlı konfransın iştirakçısı olub.

Tədbirdə T.Əliyev “Azərbaycanda kiçik və orta müəssisələrin innovasiya fəaliyyətinin təşkilati-iqtisadi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

T.Əliyevin iştirak etdiyi daha bir tədbir Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilib. “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” adlı VI beynəlxalq elmi-praktiki konfrans Ukrayna Dövlət Elm və Təhsil Nazirliyinin, Ukrayna Əqli Mülkiyyət Dövlət Komitəsinin, digər üç nüfuzlu təşkilatın, Rusiya Dövlət İqtisadiyyat və Ticarət Universitetinin Samara filialının, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

T.Əliyev “Azərbaycanın elmi-innovasiya potensialı” və “Azərbaycan müəssisələrinin innovasiya fəaliyyəti üçün yüksək ixtisaslı kadrların hazırlanması” mövzusunda məruzələrlə ilə çıxış edib, konfransın işinə və gedişinə rəhbərlik edib, onun yekun qətnaməsini hazırlayıb.

Elmi İnnovasiyalar Mərkəzinin noyabrın 19-da keçirilən iclasında ölkəmizi iki tədbirdə təmsil etmiş Tərbiz Əliyevin məruzələri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: