Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
04.08.2020 12:41
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Radisiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə “The Lancet Global Health” beynəlxalq jurnalında dərc olunub.

“Aşağı və orta gəlirli ölkələrdə oral rehidratasiya terapiyasının əhatə dairəsində coğrafi bərabərsizliklərin xəritələşdirilməsi, 2000–2017” adlı məqalədə 2000-2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə 5 yaşadək uşaqlar arasında ölümü azaltmaq üçün fiziki-kimyəvi amil kimi müxtəlif məhlulların müqayisəli təsiri araşdırılıb.

Qeyd edək ki, "The Lancet Global Health" tibb sahəsində dünyanın ən nüfuzlu jurnallarından sayılır. Jurnalın impakt faktoru 21.597-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: