AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda quraşdırılmış yeni spektroqrafında və teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində CCD fotometr vasitəsilə C/2020 F3 kometasının spektral və fotometrik müşahidələri aparılıb.
Belə ki, iyulun 20-də kometanın Yerdən məsafəsi 104,57 milyon kilometr, iyulun 27-də isə məsafəsi 108,21 milyon kilometr olub. Müşahidə materiallarından alınmış nəticələrin beynəlxalq nüfuzlu jurnallarda çapı nəzərdə tutulur.
Qeyd edək ki, C/2020 F3 kometası martın 27-də NEOWISE (Yer kürəsinə yaxın kosmik obyektləri tədqiq edən teleskop) kosmik teleskopu vasitəsilə aşkar edilib. Bu kometanın Günəşə növbəti qayıdışı 6800 ildən sonra gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.