Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli birliyimiz
17.08.2020 12:32
  • A-
  • A
  • A+

Milli birliyimiz

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan Respublikasının regiondakı mövqeyi güclənmişdir. Prezident İlham Əliyev tərəfindən hərbi sənayeyə də diqqət xüsusilə artmış və bu sahədə əldə edilən uğurlar beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycan Cənubi Qafqazın ən güclü hərbi sənayesini yaratmış, bu sahədə aparılan uğurlu siyasət nəticəsində ordu ən müasir standartlara uyğun silahlarla təchiz olunmuşdur.

Prezident İlham Əliyevin düzgün mövqeyi və tarixi faktlara əsaslanan çıxışları ilə işğalçı Ermənistan hakimiyyəti dəfələrlə rüsvay edilmişdir. Ölkə daxilində nüfuzunu itirən Paşinyanın göstərişi ilə dəfələrlə ölkəmizə qarşı təxribatlar təşkil olunmuşdur. Belə təxribatlardan biri də 2020-ci il iyul ayının ortalarında Tovuz rayonu istiqamətində baş vermişdir. Ermənistan hakimiyyətinin məqsədi ölkəmizin beynəlxalq imicinə zərər vurmaq, dinc əhaliyə divan tutmaq və Azərbaycan tərəfinin atəşkəs rejimini pozmasını iddia edərək öz havadarlarından nələrisə tələb etməkdir. Lakin bu təxribat da baş tutmadı, Ordumuz düşmənə layiqli zərbə endirərək onları geri oturtdu.

Bu gün on minlərlə azərbaycanlı könüllü olaraq orduya yazılıb. Dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə milli iradə nümayiş etdirirlər.

Tovuz döyüşləri onu göstərdi ki, xalq ölkə başçısına inanır və onun ətrafında sıx birləşib. Beləliklə, bu döyüşlər Azərbaycan xalqının milli birliyini bir daha nümayiş etdirdi.

Emin Məlikov, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: