Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi “Springer” nəşriyyatının kitabında dərc olunub
20.08.2020 11:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi “Springer” nəşriyyatının kitabında dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibovanın məqaləsi “Springer” nəşriyyatının çap etdiyi kitabda dərc olunub.

“Nanoelm və Nanotexnologiya Təhlükəsizlik və CBRN Təhdidlərindən Qorunma sahəsində” adlı kitabda dərc olunmuş məqalə beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, alimlərimizin “Bioloji Sistemlərdə Özünü Təşkil Edən Maqnit Nanohissəciklərinin Təhlili üçün Maqnit Nüfuzluğunun Ölçülməsindən İstifadə” adlı məqaləsində Abşeron yarımadasının ekoloji çirklənmə dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərinə xas bioloji sistemlərdə superparamaqnit dəmir oksidi nanohissəciklərinin (SPİON) yaranmasının təhlilini vermək üçün maqnit nüfuzluğunun (MN) ölçülməsi və EPR üsullarından istifadə edilməsindən bəhs olunur. Məqalədə, həmçinin müxtəlif üsulların köməyi ilə alınan nəticələrin bir-biri ilə korrelyasiya etdiyinin müəyyən edildiyi bildirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: